Mühasibat uçotunu qanunvericiliyə uyğun aparır, 3 il təcrübə və 1C bilik tələb olunur.
Vakansiya haqqında
Portfelimizdə olan tikinti sahəsində fəaliyyət göstərən şirkətlərdən biri üçün təcrübəli Baş Mühasib axtarırıq.
Əsas vəzifələr:
Tikinti layihələri üzrə maliyyə və mühasibat uçotunun təşkili və tam nəzarətdə saxlanılması
Gəlir və xərclərin düzgün uçotunun aparılması, smeta və büdcələrin hazırlanması və icrasına nəzarət
Podratçı və subpodratçılarla maliyyə hesablaşmalarının idarə olunması
Vergi, DSMF və digər dövlət orqanlarına hesabatların vaxtında və düzgün təqdim edilməsi
Tikinti materialları və əsas vəsaitlərin uçotunun aparılması və nəzarəti
Bank əməliyyatlarının idarə olunması, ödəniş tapşırıqlarının hazırlanması və pul vəsaitlərinin effektiv idarə edilməsi
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və təhlili
Audit yoxlamalarına hazırlıq və audit prosesində aktiv iştirak
Mühasibat komandasının idarə olunması, iş bölgüsünün təşkili və proseslərin optimallaşdırılması
Mühasibat uçotu və vergi qanunvericiliyinə uyğunluğun təmin edilməsi
Tələblər:
Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil
Tikinti sektorunda Baş Mühasib vəzifəsində minimum 3–5 il iş təcrübəsi
1C, Excel və digər mühasibat proqramlarında yüksək səviyyədə bilik
Vergi Məcəlləsi və mühasibat uçotu qanunvericiliyini dərindən bilmə
Analitik düşünmə, dəqiqlik və yüksək məsuliyyətlilik
Komanda idarəetmə və liderlik bacarıqları
Təklif edirik:
Əmək haqqı - 2 000 NET
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Baş mühasib üzrə bazar adətən 1 300–2 500 ₼ ödəyir, median — 1 875 ₼.
61 açıq vakansiya, 46 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Baş mühasib kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
Əmək haqqı 2 000 manat netdir.
Tikinti sektorunda Baş Mühasib vəzifəsində minimum 3–5 il iş təcrübəsi tələb olunur.
CV-lər mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş mühasib üzrə digər açıq elanlar.
Maliyyə-təsərrüfat mühasibat uçotunu idarə edir və 5 il təcrübə tələb olunur
Mühasibat uçotunu idarə edir, vergi və əmək haqqı hesabatlarını hazırlayır, 5 il təcrübə tələb olunur.
Mühasibatlıq əməliyyatlarını 1C proqramında idarə edir və maliyyə hesabatlarını hazırlayır.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



