Maliyyə və mühasibat sənədlərini idarə edir, 1C və Excel bilikləri tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Mühasibatlıq şöbəsinin fəaliyyətini təşkil etmək, əməkdaşlar arasında iş bölgüsünü aparmaq və tapşırıqların vaxtında icrasına nəzarət etmək;
- Şirkətin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün, tam və vaxtında əks etdirilməsini təmin etmək;
- İlkin mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsinə, yoxlanılmasına, sistemləşdirilməsinə və saxlanılmasına nəzarət etmək;
- Bank və kassa əməliyyatlarının uçotuna, ödəniş sənədlərinin düzgünlüyünə və hesablaşmaların vaxtında aparılmasına nəzarət etmək;
- Debitor və kreditor borclarının uçotunu, kontragentlərlə qarşılıqlı hesablaşmaların və bank qalıqlarının üzləşdirilməsini təmin etmək;
- Əməkhaqqı, məzuniyyət, müavinət, mükafat və digər ödənişlərin, həmçinin müvafiq vergi və sığorta öhdəliklərinin düzgün hesablanmasına nəzarət etmək;
- Gəlir və xərclərin aid olduğu hesabat dövründə düzgün tanınmasını, gələcək dövr xərclərinin və hesablanmış öhdəliklərin uçotunu təmin etmək;
- Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və mal-material ehtiyatlarının uçotuna, amortizasiyanın hesablanmasına və inventarizasiya nəticələrinin rəsmiləşdirilməsinə nəzarət etmək;
- Kredit və cəlb edilmiş vəsaitlər üzrə əməliyyatların, faizlərin, komissiyaların və müvafiq ehtiyatların mühasibat uçotunda düzgün əks etdirilməsinə nəzarət etmək;
- Aylıq, rüblük və illik hesabat dövrlərinin bağlanmasını təşkil etmək, hesab qalıqlarını yoxlamaq və zəruri düzəlişlərin aparılmasını təmin etmək;
- Vergi və statistika hesabatlarının hazırlanmasına və vaxtında təqdim edilməsinə, vergi və digər məcburi ödənişlərin icrasına nəzarət etmək;
- Maliyyə hesabatlarının, Mərkəzi Banka və digər aidiyyəti qurumlara təqdim edilən hesabatların hazırlanmasında iştirak etmək;
- Rəhbərlik üçün mühasibat məlumatları və müqayisəli xərc hesabatları hazırlamaq, aşkar edilmiş əhəmiyyətli uyğunsuzluqlar barədə məlumat vermək;
- Audit yoxlamaları üçün tələb olunan sənəd və məlumatları təqdim etmək, aşkar edilmiş nöqsanların aradan qaldırılmasını təmin etmək;
- Mühasibat proseslərinin, uçot proqramlarının və daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsində iştirak etmək.
Tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahədə ən azı 5-7 il iş təcrübəsi; bank və ya BOKT sahəsində təcrübə üstünlükdür;
- Peşəkar Mühasib Sertifikatının (PMS) olması üstünlükdür;
- 1C 8.3 proqramını yüksək səviyyədə bilmək;
- MS Office proqramları, xüsusilə Excel üzrə yüksək səviyyədə bilik;
- Vergi qanunvericiliyi, mühasibat uçotu və maliyyə hesabatlarının hazırlanması üzrə biliklər;
- Kredit əməliyyatlarının uçotu və portfel məlumatlarının üzləşdirilməsi üzrə bilik və bacarıqlar;
- Elektron hesabat portallarında işləmək bacarığı;
- Analitik düşüncə, dəqiqlik, məsuliyyət və komandanın işini təşkil etmək bacarığı;
- Azərbaycan dilini mükəmməl bilmək; rus dili biliyi üstünlükdür.
İş barədə məlumat:
- Əməkhaqqı: 2 000 AZN-dən başlayaraq;
- İş yeri: Bakı şəhəri, Aşıq Molla Cümə küçəsi;
- İş qrafiki: 5 günlük iş həftəsi, saat 09:00–18:00;
- Komfortlu ofis şəraiti, müasir idarəetmə sistemi və mehriban komanda.
CV-nizi mövzu hissəsində “Mühasibatlıq şöbəsinin müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Baş mühasib üzrə bazar adətən 1 500–2 600 ₼ ödəyir, median — 2 000 ₼.
35 açıq vakansiya, 50 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Baş mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Aşıq Molla Cümə küçəsidir.
İş həftəsi 5 gündür, saat 09:00–18:00 işləmək tələb olunur.
Əməkhaqqı 2 000 ₼-dən başlayır.
Müvafiq sahədə ən azı 5-7 il iş təcrübəsi tələb olunur.
CV-nizi mövzu hissəsində “Mühasibatlıq şöbəsinin müdiri” qeyd etməklə müraciət edin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş mühasib üzrə Bakıda digər açıq elanlar.
Maliyyə əməliyyatlarını idarə edir və vergi planlaşdırma bacarıqları tələb olunur
Maliyyə əməliyyatlarını idarə edir və vergi qanunvericiliyini yüksək səviyyədə bilir
Mühasibat uçotunu təşkil edir, maliyyə hesabatlarını hazırlayır və 5 il təcrübə tələb edir
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



