Maliyyə sektorunda daxili audit funksiyasını idarə edir və riskləri qiymətləndirir.
Vakansiya haqqında
Əsas vəzifələr
- İdarənin fəaliyyət istiqamətləri və mövcud risklər nəzərə alınmaqladaxili audit strategiyasının, və illik audit planının hazırlanmasını və təsdiq olunmuş planın icrasını təşkil etmək;
- İdarənin struktur bölmələrinin maliyyə-təsərrüfat, əməliyyat, hüquqi və inzibati fəaliyyətinin qanunvericiliyə, daxili sənədlərə və müəyyən edilmiş prosedurlara uyğunluğunu qiymətləndirmək;
- Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin adekvatlığını və səmərəliyinin qiymətləndirilmək, mövcud və potensial riskləri müəyyənləşdirərək onların azaldılması istiqamətində tövsiyələr hazırlamaq;
- İdarənin sərəncamında olan vəsaitlərdən və balansında olan əmlaklardan istifadənin qanunauyğunluğunu, məqsədəuyğunluğunu və səmərəliliyini daxili audit çərçivəsində qiymətləndirmək;
- Satınalmalar, müqavilə münasibətləri, əmlakın idarə edilməsi, gəlirlərin və xərclərin uçotu və digər fəaliyyət istiqamətləri üzrə audit yoxlamalarını təşkil etmək və həyata keçirmək;
- Audit yoxlamalarının nəticələrini ümumiləşdirmək, aşkar edilmiş nöqsanlar, uyğunsuzluqlar və risklər barədə hesabatlar, analitik rəylər və tövsiyyələr hazırlamaq;
- Audit nəticəsində müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üzrə məsul struktur bölmələr tərəfindən tədbirlər planının hazırlanmasına dair təkliflər vermək və həmintədbirlərin icrasına nəzarət etmək;
- Daxili nəzarət mexanizmlərinin və risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi üzrə təkliflər prosedurlar hazırlamaq və tətbiq etmək;
- Daxili audit fəaliyyətinin metodologiyasını və prosedurlarını müəyyən etmək, onların müvafiq peşə standartlarına uyğunluğunu təmin etmək;
- Daxili audit və nəzarət şöbəsinin əməkdaşlarının fəaliyyətini təşkil etmək, iş bölgüsünü həyata keçirmək, onların fəaliyyətini qiymətləndirmək və onların peşəkar inkişafına dəstək olmaq;
- Daxili auditin obyektivliyini və funksional müstəqilliyini təmin etmək, bu prinsiplərə mümkün müdaxilə halları barədə birbaşa məlumatlandırmaq;
- Daxili audit fəaliyyətinin nəticələri barədə dövri və illik hesabatları hazırlamaq və İdarədə müəyyən edilmiş hesabatlılıq qaydasına uyğun olaraq aidiyyəti üzrə təqdim etmək.
Tələblər
- Təhsil: Ali iqtisadiyyat və ya hüquq ixtisasları üzrə ali təhsil. Magistr dərəcəsinin olması üstünlükdür;
- İş təcrübəsi: Daxili və ya xarici audit sahəsində minimum 5 il, idarəetmə/rəhbər vəzifələrdə minimum 2 il iş təcrübəsi;
- Peşəkar sertifikatlar: CIA (Certified Internal Auditor), ACCA (xüsusilə F8/AA modulu) və ya müvafiq peşəkar sertifikatların olması üstünlükdür;
- Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının əmək, mülki, vergi, mühasibat uçotu, dövlət satınalmaları və daxili audit sahəsində qanunvericiliyini bilmək;
- Peşəkar biliklər: Daxili auditin beynəlxalq standartları, risklərin idarə edilməsi, daxili nəzarət sistemləri, audit metodologiyası və hesabatlılıq üzrə biliklərə malik olmaq;
- Dil bilikləri: Azərbaycan dili – mükəmməl (sərbəst yazı və şifahi nitq), Rus və İngilis dilləri – yaxşı səviyyədə;
- Kompyuter bilikləri: MS Office (xüsusilə MS Excel), ERP və ya audit idarəetmə proqramlarında işləmək bacarığı.
- Şəxsi və peşəkar keyfiyyətlər: Analitik düşünmə, obyektiv qərarvermə, yüksək təşkilatçılıq, komanda idarəetməsi, dürüstlük, məxfilik və peşəkar etik prinsiplərə riayət etmək bacarığı
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Daxili auditor üzrə bazar adətən 1 100–1 750 ₼ ödəyir, median — 1 550 ₼.
20 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Daxili auditor kimi öz maaşını yoxlaŞirkət haqqında
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi – Azərbaycan tarixinin və mədəniyyətinin simvolu olan unikal ərazidə fəaliyyət göstərən dövlət qurumudur.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Daxili və ya xarici audit sahəsində minimum 5 il iş təcrübəsi tələb olunur.
Ali iqtisadiyyat və ya hüquq ixtisasları üzrə ali təhsil tələb olunur, magistr dərəcəsi üstünlükdür.
CIA, ACCA və ya müvafiq peşəkar sertifikatların olması üstünlükdür.
MS Office, xüsusilə MS Excel, ERP və ya audit idarəetmə proqramlarında işləmək bacarığı tələb olunur.
Müraciət e-mail vasitəsilə edilir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarDaxili auditor üzrə Bakıda digər açıq elanlar.
Tikinti layihələrinin daxili auditini aparır və texniki nəzarət bacarığı tələb olunur
Müəssisənin daxili audit funksiyasını qurur və maliyyə, əməliyyat auditləri aparır.
Biznes prosesləri və riskləri təhlil edən, audit layihələrini icra edən aparıcı mütəxəssis axtarılır.




