Əmək haqqının düzgün hesablanmasını və 1C proqramında vaxtında daxil edilməsini təmin edir.
Vakansiya haqqında
Əsas vəzifələr
- İşçilərin əməkhaqqı, əlavə ödənişləri və mükafatlarının hesablanması;
- Əmək müqavilələri, vəzifə maaşları, iş qrafiki və digər müvafiq məlumatlar əsasında əməkhaqqı hesablamalarının aparılması;
- İş vaxtının uçotu, tabel məlumatları və məzuniyyət günlərinin yoxlanılması;
- Məzuniyyət, ezamiyyət, xəstəlik, işdən çıxma və digər ödənişlərin hesablanması;
- Əməkhaqqından tutulmalı vergilər, sosial sığorta və digər məcburi ödənişlərin düzgün hesablanması və uçota alınması;
- Əməkhaqqı üzrə mühasibat yazılışlarının aparılması;
- İşçilər üzrə əməkhaqqı hesablaşmalarının və müvafiq arayışların hazırlanması;
- Əməkhaqqının bank vasitəsilə ödənilməsi üçün ödəniş sənədlərinin hazırlanması;
- İşçilərin əməkhaqqı məlumatlarının mühasibat proqramına daxil edilməsi və məlumatların düzgünlüyünün yoxlanılması;
- Əməkhaqqı üzrə vergi və sosial hesabatların hazırlanmasında iştirak edilməsi və tələb olunan məlumatların təqdim edilməsi;
- İşə qəbul, vəzifə dəyişikliyi, əməkhaqqının dəyişdirilməsi və işdən azad edilmə ilə bağlı müvafiq hesablamaların aparılması;
- Məhkəmə qərarları əsasında əməkhaqqından tutulmalı borcların hesablanması, tutulması və ödənişinin təmin edilməsi;
- Audit və yoxlamalar zamanı əməkhaqqı üzrə tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi;
- Əmək qanunvericiliyi və vergi qaydalarında əməkhaqqı ilə bağlı dəyişikliklərin izlənilməsi və hesablamalarda tətbiq edilməsi;
- Vahid bəyannamənin hazırlanması və təqdim edilməsində iştirak edilməsi;
- Payroll məlumatlarının düzgünlüyünün mütəmadi yoxlanılması və yaranan uyğunsuzluqların aradan qaldırılması;
- Əməkhaqqı üzrə digər hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Payroll, əməkhaqqı hesablamaları və mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
- Əməkhaqqı hesablamaları və payroll proseslərinin idarə olunması üzrə praktiki təcrübə;
- Əmək qanunvericiliyi, vergi hesablamaları, DSMF/sosial sığorta üzrə dərin biliklər;
- İş vaxtı, tabel, məzuniyyət, xəstəlik və digər əmək ödənişlərinin hesablanması üzrə təcrübə;
- Vahid bəyannamə və əməkhaqqı üzrə müvafiq hesabatların hazırlanması haqqında məlumatlılıq;
- Mühasibat proqramları ilə işləmə təcrübəsi;
- Əməkhaqqı üzrə vergi və digər məcburi tutulmaların hesablanması üzrə praktiki biliklər.
- MS Office, xüsusilə Excel proqramından yaxşı istifadə bacarığı;
- Payroll və əməkhaqqı hesablamaları üzrə güclü praktiki biliklər;
- Əmək qanunvericiliyi və vergi tələblərini tətbiq etmək bacarığı;
- Rəqəmlərlə işləmə və analitik düşünmə qabiliyyəti;
- Yüksək diqqətlilik və detallara önəm vermə;
- Məsuliyyətlilik və dəqiqlik;
- Məlumatların təhlili və hesabatların hazırlanması bacarığı;
- Böyük həcmdə məlumatlarla işləmək və məlumatların düzgünlüyünü yoxlamaq bacarığı;
- Vaxtın düzgün idarə edilməsi və işlərin vaxtında icra olunması;
- Komandada işləmək və digər struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
- Azərbaycan dilini ana dili səviyyəsində bilmək; ingilis və rus dillərini bilmək üstünlükdür.
- İş yeri: Azərbaycan, Sumqayıt şəhəri, Sülh küçəsi 2.
- Servis xidməti (Gənclik metrosundan) və nahar təmin edilir.
Bilik və bacarıqlar
- azərbaycan dili
- ingilis dili
- Microsoft Office
- rus dili
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Azərbaycan, Sumqayıt şəhəri, Sülh küçəsi 2 ünvanında yerləşir.
İş saatları və günləri barədə məlumat verilməyib.
Əməkhaqqı bank vasitəsilə ödənilir, ödəniş sənədləri hazırlanır.
Payroll və əməkhaqqı hesablamaları sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.
Mühasibat proqramları və MS Office, xüsusilə Excel proqramından istifadə olunur.
Namizəd CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarƏmək haqqı üzrə mütəxəssis üzrə Sumqayıtda digər açıq elanlar.
Əmək haqqının düzgün hesablanmasını təmin edir və SAP sistemində təcrübəsi olmalıdır.
Əmək haqqının hesablanması və 1C sistemləri üzrə layihələrdə iştirak etmək üçün bilik tələb olunur.



