İnformasiya təhlükəsizliyi və iqtisadi təhlükəsizlik üzrə aparıcı mütəxəssis (fraud və dələduzluğa qarşı mübarizə)

Express Bank

Vakansiya haqqında

Təsvir

  • Rəqəmsal dələduzluğun idarəedilməsi sistemləri ilə müəyyən edilməyən dələduzluq insidentlərinin aşkar edilməsi;
  • Bankın filial və şöbələrindən, o cümlədən məlumat mərkəzi və rəqəmsal kanallardan daxil olan dələduzluq riskləri və insidentlərinin axınının müəyyən edilməsi və məlumat axının düzgün təşkil edilməsi;
  • Məhsul və xidmətlər üzrə dələduzluq faktorlarına dair yoxlamalarının həyata keçirilməsi;
  • Bankın əsas rəqəmsal kanalları (Kart, Mobil, İnternet Bankçılıq) üzrə risk və insidentlərin müəyyən edilməsi və uçotunun aparılması;
  • Rəqəmsal dələduzluq hallarının qarşısının alınması istiqamətində tədbirlərinin həyata keçirilməsi;
  • Aktual rəqəmsal dələduzluq insidentlərinin idarəedilməsi istiqamətində bankdaxili və müştərilər ilə kommunikasiyanın təşkil edilməsi;
  • Fraud hallarının araşdırılması, səbəblərinin müəyyən edilməsi və nəticələrin sənədləşdirilməsi;
  • Fraud risklərinin azaldılması məqsədilə qayda və ssenarilərin (fraud rules/scenarios) hazırlanması və təkmilləşdirilməsi;
  • Fırıldaqçılığın monitorinqi sisteminin hazırlanması layihəsində iştirak;
  • Böyük həcmli məlumatların təhlili və məlumatlar əsasında nəticələrin çıxarılması;
  • Şübhəli və qeyri-standart əməliyyatlarının operativ şəkildə müəyyənləşdirilməsi və araşdırılması;
  • Məlumatlarla işləyərkən məxfilik və informasiya təhlükəsizliyi prinsiplərinə riayət edilməsi.

Tələblər

  • Ali təhsil (iqtisadiyyat, maliyyə, bank işi, informasiya texnologiyaları, kibertəhlükəsizlik və ya əlaqəli sahələr üzrə);
  • Bank və ya maliyyə sektorunda anti-fraud, risklərin idarə edilməsi, maliyyə monitorinqi və ya analitik sahədə iş təcrübəsi;
  • Bank məhsulları və ödəniş sistemləri üzrə əsas biliklər;
  • Kart əməliyyatları, P2P/C2C köçürmələri, onlayn ödənişlər və rəqəmsal bankçılıq əməliyyatları üzrə biliklər;
  • Fırıldaqçılıq (fraud) sxemlərinin və şübhəli əməliyyatların müəyyənləşdirilməsi və təhlili bacarığı;
  • SQL üzrə yüksək səviyyədə biliklər;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, ingilis və/və ya rus dili biliyi arzuolunandır;
  • Komanda ilə işləmək və müxtəlif struktur bölmələrlə effektiv kommunikasiya qurmaq bacarığı;
  • Stressə davamlılıq, operativ qərarvermə və yüksək məsuliyyətlilik.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Ataturk 63, Narimanov
Təcrübə
Senior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
15 oktyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
15 noyabr 2026
Baxış
30

Şirkət haqqında

Express Bank
Banking · 501-1,000 · Bakı
Express Bank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərində yerləşir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Müraciət üçün son tarix 15 noyabr 2026-cı ildir.

Ali təhsil (iqtisadiyyat, maliyyə, bank işi, İT, kibertəhlükəsizlik və ya əlaqəli sahələr) və bank/maliyyə sektorunda anti-fraud və ya analitik sahədə iş təcrübəsi tələb olunur.

Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı tələb olunur, ingilis və/və ya rus dili arzuolunandır.

SQL üzrə yüksək səviyyədə biliklər, bank məhsulları və ödəniş sistemləri üzrə əsas biliklər, stressə davamlılıq və komanda ilə işləmək bacarığı vacibdir.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Fırıldaqçılığın qarşısının alınması üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnformasiya təhlükəsizliyi və iqtisadi təhlükəsizlik üzrə aparıcı mütəxəssis (fraud və dələduzluğa qarşı mübarizə)
Müraciət et