Gömrük bəyannamələrinin hazırlanması və təqdim edilməsi üzrə 3 il təcrübəsi olan mütəxəssis tələb olunur
Vakansiya haqqında
Gömrük əməliyyatları və sənədləşmə sahəsində təcrübəsi olan, məsuliyyətli və peşəkar Deklarant axtarılır.
İş yeri: Bakı şəhəri, İzmir küçəsi, Hyatt Regency, Tower II
Əmək haqqı: 1100-1300 AZN
Əsas vəzifə öhdəlikləri:
- İdxal və ixrac əməliyyatları üzrə gömrük bəyannamələrinin hazırlanması və elektron qaydada rəsmiləşdirilməsi;
- Qısa idxal və tranzit gömrük bəyannamələrinin tərtib edilməsi;
- Sərbəst dövriyyəyə buraxılış bəyannamələrinin hazırlanması;
- Mal və nəqliyyat vasitələrinin gömrük orqanlarında bəyan edilməsi;
- İxrac, müvəqqəti saxlanc və beynəlxalq tranzit prosedurları üzrə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi;
- Müştərilərdən daxil olan sorğuların cavablandırılması və müvafiq qaydada yönləndirilməsi;
- Sorğuların aidiyyəti struktur bölmələri və əməkdaşlarla koordinasiyası;
- Gömrük sənədlərinin düzgünlüyünə və vaxtında hazırlanmasına nəzarət edilməsi.
Namizədə dair tələblər:
- Ali və ya peşə-ixtisas təhsili;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Gömrük orqanları və gömrük sənədləşməsi sahəsində təcrübə üstünlükdür;
- Azərbaycan dilini mükəmməl bilmək, rus və ingilis dili bilikləri arzuolunandır;
- MS Word, Excel və Outlook proqramları ilə işləmək bacarığı.
Peşəkar və şəxsi bacarıqlar:
- Azərbaycan Respublikasının gömrük qanunvericiliyi üzrə biliklər;
- Beynəlxalq tranzit prosedurları üzrə bilik və təcrübə;
- Güclü kommunikasiya və koordinasiya bacarıqları;
- Diqqətlilik, dəqiqlik və sənədlərlə işləmək bacarığı;
- Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, İzmir küçəsi, Hyatt Regency, Tower II binasında yerləşir.
Əmək haqqı 1100-1300 ₼ aralığındadır.
Namizədin müvafiq sahədə minimum 2 il iş təcrübəsi olmalıdır.
MS Word, Excel və Outlook proqramları ilə işləmək bacarığı tələb olunur.
Azərbaycan dili mükəmməl, rus və ingilis dili bilikləri arzuolunandır.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarGömrük işlərinə nəzarət üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Avtomobillərin gömrük rəsmiləşdirilməsini aparmaq və sənədləri dəqiq yoxlamaq bacarığı tələb olunur
İdxal və ixrac əməliyyatlarında gömrük bəyannamələrinin hazırlanması və uyğun sənədlərin idarə olunması.
Gömrük prosedurlarını idarə edir və gömrük bəyannamələrinin hazırlanmasında təcrübəli olmalıdır




