Vakansiya haqqında

İş yeri: “Azerbaijan Green Energy Company” MMC, Port Baku Tower 1

İş rejimi: Tam ştat

Hesabat verir: İdarə Heyəti Sədrinin Müavini, Baş Maliyyə İnzibatçısı

İşin xülasəsi

  • İnvestisiya Analitiki şirkətin investisiya layihələrinin maliyyə və iqtisadi təhlilinin aparılmasına, investisiya imkanlarının qiymətləndirilməsinə və qərarların qəbul edilməsi üçün analitik məlumatların hazırlanmasına cavabdeh olacaq. Vəzifə çərçivəsində namizəd bərpa olunan enerji sektorunda investisiya layihələrinin maliyyə modelləşdirilməsini, gəlirlilik və risk təhlilini, bazar araşdırmalarını və layihələrin iqtisadi səmərəliliyinin qiymətləndirilməsini həyata keçirəcək.
  • Namizəd investisiya qərarlarının əsaslandırılması, maliyyə proqnozlarının hazırlanması və layihələrin maliyyə göstəricilərinin monitorinqi istiqamətində rəhbərliyə analitik dəstək göstərəcək.

Vəzifə öhdəlikləri

  • Bərpa olunan enerji sektorunda investisiya imkanlarını araşdırmaq, potensial layihələrin maliyyə və iqtisadi cəhətdən qiymətləndirilməsini həyata keçirmək;
  • İnvestisiya layihələri üzrə maliyyə modelləri hazırlamaq, mövcud modelləri təhlil etmək və yeniləmək;
  • Layihələrin xalis cari dəyərini (NPV), daxili gəlirlilik dərəcəsini (IRR), geriödəmə müddətini və digər əsas maliyyə göstəricilərini hesablamaq və təhlil etmək;
  • Layihələrin gəlirlilik, xərclər, pul vəsaitlərinin hərəkəti və investisiya ehtiyacları üzrə proqnozlarını hazırlamaq;
  • Müxtəlif maliyyə və əməliyyat ssenariləri üzrə həssaslıq (Sensitivity Analysis) və risk təhlilləri aparmaq;
  • İnvestisiya layihələri üzrə biznes-planların, texniki-iqtisadi əsaslandırmaların və investisiya təkliflərinin hazırlanmasında iştirak etmək;
  • Yerli və beynəlxalq enerji bazarlarını, sektor trendlərini, rəqabət mühitini və investisiya perspektivlərini araşdırmaq;
  • İnvestisiya layihələrinin maliyyə nəticələrini və əsas göstəricilərini (KPI) mütəmadi izləmək və təhlil etmək;
  • Potensial investorlar, maliyyə institutları, məsləhətçilər və digər tərəfdaşlarla investisiya məsələləri üzrə əməkdaşlıq etmək;
  • Rəhbərlik üçün analitik hesabatlar, təqdimatlar və investisiya qərarlarını dəstəkləyən tövsiyələr hazırlamaq;
  • Şirkət rəhbərliyi tərəfindən verilən digər müvafiq tapşırıqları icra etmək.

Namizədə tələblər

  • Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • İnvestisiya analitikası, korporativ maliyyə, maliyyə modelləşdirilməsi və ya layihələrin maliyyə təhlili sahəsində ən azı 3–5 il iş təcrübəsi;
  • Maliyyə modelləşdirilməsi, investisiya layihələrinin qiymətləndirilməsi və biznes-planların hazırlanması üzrə praktiki bilik və təcrübə;
  • NPV, IRR, EBITDA, CAPEX, OPEX, WACC və pul vəsaitlərinin hərəkəti (Cash Flow) üzrə güclü biliklər;
  • Maliyyə hesabatlarının təhlili və maliyyə proqnozlarının hazırlanması bacarığı;
  • MS Excel proqramında, xüsusilə mürəkkəb maliyyə modellərinin qurulması və məlumatların təhlili üzrə yüksək səviyyədə işləmək bacarığı;
  • PowerPoint və digər MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək;
  • Analitik və strateji düşünmə, problem həll etmə və məlumatlar əsasında qərarvermə bacarığı;
  • Güclü kommunikasiya, təqdimat və komanda ilə işləmək bacarıqları;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma nümayiş etdirmək.

Maraqlanan namizədlər öz CV və müşayiətedici məktublarını, mövzu hissəsində vakansiyanın adını (Investment Analyst) göstərməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər:

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Port Baku Tower 1
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 noyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
6 dekabr 2026
Baxış
257

Şirkət haqqında

AGEC
Kommunal xidmətlər, energetika və bərpa olunan enerji, Bərpa olunan enerji · Bakı
AGEC — bütün vakansiyalar

2024-cü ildə təsis edilmiş Clean Energy Cəbrayıl (CEC) layihənin məqsədi etibarlı və səmərəli bərpa olunan enerji mənbəsinin yaradılmasıdır ki, bu da təmiz enerji hədəflərini dəstəkləyir, enerji təhlükəsizliyini artırır və ətraf mühitin…

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Port Baku Tower 1-də yerləşir.

İş tam ştatdır.

3–5 il iş təcrübəsi tələb olunur.

CV və müşayiətedici məktub göndərilməlidir, mövzu hissəsində vakansiyanın adı göstərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

MS Excel və PowerPoint proqramlarında sərbəst işləməlidir.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

İnvestisiya üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnvestisiya analitiki
Müraciət et