Mühasibat uçotunun bütün sahələrini idarə edir və maliyyə əməliyyatlarını düzgün aparır
Vakansiya haqqında
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
Vəzifə öhdəlikləri
- Şirkətin mühasibat və vergi uçotunun tam və müstəqil şəkildə aparılması;
- Vergi bəyannamələrinin, DSMF, statistika və digər müvafiq hesabatların hazırlanması və vaxtında təqdim edilməsi;
- Elektron qaimə-fakturaların hazırlanması, göndərilməsi və daxil olan qaimələrin uçotunun aparılması;
- Bank əməliyyatlarının həyata keçirilməsi və ödəniş tapşırıqlarının hazırlanması;
- Debitor və kreditor borclarına nəzarət edilməsi;
- Əməkhaqqı, məzuniyyət və son haqq-hesabların hesablanması;
- Müqavilələrin, hesab-fakturaların və digər ilkin maliyyə sənədlərinin uçotunun aparılması;
- Vergi orqanlarından daxil olan məktubların, sorğuların və kameral uyğunsuzluqların araşdırılması və cavablandırılması;
- Mühasibat sənədlərinin sistemləşdirilməsi və arxivləşdirilməsi;
- Rəhbərliyə müvafiq maliyyə məlumatlarının və hesabatların təqdim edilməsi.
Tələblər
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində ali təhsil;
- Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi ;
- Vergi Məcəlləsi və əmək qanunvericiliyi üzrə yaxşı biliklər;
- Vergi bəyannamələrini və digər məcburi hesabatları müstəqil hazırlamaq və təqdim etmək təcrübəsi;
- Elektron vergi sistemləri, e-qaimə və internet bankçılıq platformaları ilə sərbəst işləmək bacarığı;
- MS office və 1C proqramında yaxşı səviyyədə işləmək bacarığı;
- Müəssisənin mühasibat uçotunu müstəqil idarə etmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və analitik düşünmə qabiliyyəti.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İstehsalat mühasibi üzrə bazar adətən 600–1 000 ₼ ödəyir, median — 950 ₼.
11 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İstehsalat mühasibi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
Bazar ertəsindən cüməyədək, həftədə 5 gün işləməkdir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi təklif olunur.
Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİstehsalat mühasibi üzrə Bakıda digər açıq elanlar.
Mühasibatlıq və vergi əməliyyatlarını idarə etmək üçün 1-3 il təcrübəsi olan qadın tələb olunur
Mühasibat, vergi və kadr uçotu üzrə əməliyyatları aparmaq üçün 2 il təcrübəli kiçik mühasib tələb olunur
Mühasibatlıq əməliyyatlarını aparır, hesabatlar hazırlayır və 1C proqramını bilir.


