Mühasibat və vergi uçotunu aparır, vergi bəyannamələrini hazırlamaq bacarığı tələb olunur
Vakansiya haqqında
Aviation Services Group-un Sky Catering filialı “Mühasib” vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun bütün sahələri üzrə (əsas vəsaitlər, əmtəə-maddi qiymətlər, istehsal xərcləri, debitor və kreditor borcları, göstərilən xidmətlər və s.) operativ və düzgün uçotunu həyata keçirir;
- Pul vəsaitlərinin və inventarın bütün hərəkəti ilə bağlı əməliyyatları vaxtında və qanunvericiliyə uyğun olaraq mühasibat uçotunda əks etdirir;
- Vergi uçotunu aparır, müvafiq hesabatları hazırlayır və vaxtında təqdim edir;
- İtki və qeyri-məhsuldar xərclərin yaranma səbəblərini araşdırır, onların qarşısının alınması üçün təkliflər hazırlayır və rəhbərliyə təqdim edir;
- İş fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər verir;
- Hava gəmilərinə göstərilən xidmətlərə dair çek-listlərin və digər sənədlərin düzgünlüyünü yoxlayır və uçotda əks etdirir;
- Mühasibat sənədlərinin düzgün tərtibini, sistemli saxlanmasını və arxivə təhvil verilməsini təşkil edir və nəzarət edir;
- Müəssisənin uçot siyasətinin hazırlanmasında və təkmilləşdirilməsində iştirak edir, uçot proseslərinin metodologiyasına rəhbərlik edir;
- Dövlət büdcəsinə vergi və digər ödənişlərin, sosial sığorta ayırmalarının, işçilərin əmək haqqı fonduna vəsait ayrılmasının tam və vaxtında həyata keçirilməsini təmin edir;
- Vergilərin, ödənişlərin, habelə işçilərin mükafatlandırılması və digər daxili fondlara vəsait köçürülməsi əməliyyatlarını yerinə yetirir;
- Mühasibat hesabatlarının, eləcə də vergi və statistik hesabatların tərtibi üçün lazımı məlumatları hazırlayır, yoxlayır və rəsmiləşdirir;
- Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin təhlilində, qənaət rejiminin və sənəd dövriyyəsinin optimallaşdırılmasında, daxili ehtiyatların aşkar edilməsində iştirak edir;
- Tabeliyində olan mühasiblərə iş tapşırıqları verir, onlara metodiki kömək və tövsiyələr göstərir, iş nəticələrinə dair rəylər hazırlayır;
- Tabeliyində olan işçilərin iş keyfiyyətinə, tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsinə nəzarət edir, səhvlərin qarşısını alır;
- Müəssisənin digər şöbə və idarələri ilə maliyyə-uçot məsələləri üzrə sıx əməkdaşlıq edir, onlara mühasibat uçotu və vergi qanunvericiliyi ilə bağlı məsləhətlər verir;
- Vergi orqanları, audit firmaları, sosial sığorta fondları və digər yoxlama qurumları ilə qarşılıqlı fəaliyyətdə bilavasitə iştirak edir, sorğulara cavab hazırlayır və tələb olunan sənədləri təqdim edir.
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Maliyyə vəsaitlərinin əməliyyatlarını rəsmiləşdirməyi bacarmaq
- Azərbaycan dili - əla; ingilis dili – yaxşı səviyyədə bilmək.
- MS Office proqramlarındaa və anbar uçotu sistemlərindən istifadə bacarığı.
İş Şəraiti:
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
- İş yeri: Bakı, Heydər Əliyev Beynəlxalq Aeroportu
- İş qrafiki: Tam ştat (həftədə 5 gün, saat 09:00-dan 18:00-dək).
- Maaş: 1000 AZN Net
- Şirkət müxtəlif istiqamətlərdən (Koroğlu m/st, Bakixanov, Əmircan, Mərdəkan, Binə, Suraxanı və s.) ödənişsiz servis nəqliyyatı təmin edir.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İstehsalat mühasibi üzrə bazar adətən 600–1 000 ₼ ödəyir, median — 950 ₼.
11 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İstehsalat mühasibi kimi öz maaşını yoxlaŞirkət haqqında
“Aviation Services Group” - Azərbaycan Respublikasında və beynəlxalq aviasiya biznesində tanınan və uzun tarixə malik olan, peşəkar müəssisələri əhatə edən şirkətlər qrupudur.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı, Heydər Əliyev Beynəlxalq Aeroportudur.
İş həftədə 5 gün, saat 09:00-dan 18:00-dək tam ştatdır.
Maaş 1000 ₼ netdir.
Minimum 3 il iş təcrübəsi tələb olunur.
MS Office proqramları və anbar uçotu sistemlərindən istifadə bacarığı tələb olunur.
Azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə bilməlidir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİstehsalat mühasibi üzrə Bakıda digər açıq elanlar.
Mühasibatlıq və vergi əməliyyatlarını idarə etmək üçün 1-3 il təcrübəsi olan qadın tələb olunur
Kassa əməliyyatlarını idarə edir və nağd pul vəsaitlərinin təhlükəsizliyini təmin edir
Mühasibatlıq əməliyyatlarını aparır, hesabatlar hazırlayır və 1C proqramını bilir.


