Tikinti sahəsində mühasibat və vergi uçotunu aparmaq üçün 3 il təcrübəli mühasib tələb olunur
Vakansiya haqqında
Şəhər, ünvan - Bakı şəhəri, Qaradağ ray., Salyan şossesi ev 1
Əmək funksiyası
- Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi uçotunun aparılması və vergi öhdəliklərinin icrasının təmin edilməsi;
- Vergilər ilə bağlı gündəlik tapşırıqların yerinə yetirilməsi (Onlayn Kargüzarlığın, məktubların, Kameral məktubların yoxlanılması və Vergilər Nazirliyinə cavablandırılması);
- Bütün vergi növlərinin (Mənfəət vergisi, ƏDV, ÖMV, Torpaq, Əmlak, Muzdlu işlə əlaqədar vergilər və s.) qanunvericiliklə müəyyən edilmiş müddətlərdə düzgün hesablanmasını hazırlanmasını və təqdim edilməsini təmin etmək;
- Vergi Məcəlləsində baş verən dəyişiklikləri izləmək və onların tətbiqi barədə rəhbərliyi məlumatlandırmaq.
- Kameral və səyyar vergi yoxlamaları zamanı tələb olunan məlumat və sənədləri hazırlamaq və təqdim etmək.
- Vergi risklərini müəyyən etmək, təhlil etmək və onların minimuma endirilməsi üçün təkliflər hazırlamaq.
- Debitor və kreditor əməliyyatlarının vergi uçotu baxımından düzgün aparılmasına nəzarət etmək.
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının dəqiq formalaşdırılması
- Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alışı, istismara verilməsi, yerinin dəyişdirilməsi, təmir xərclərinin kapitallaşdırılması və silinməsi əməliyyatlarının əməliyyat sistemində dərhal və dəqiq əks etdirmək;
- ƏV üzrə amortizasiya xərclərini hesablamaq;
- Əsas vəsaitlərin dövri inventarizasiya prosesində iştirak etmək, nəticələri təhlil etmək və kənarlaşmaları mühasibatlıq sistemində əks etdirmək.
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələr, ezam və digər ödənişlərin qanunvericiliyə uyğun hesablanmasına nəzarət etmək.
- Vergi hesablaşmalarını maliyyə uçotu məlumatları ilə mütəmadi uzlaşdırmaq.
- 1C və ERP sistemlərində vergi uçotunun qurulması və düzgün aparılmasına nəzarət etmək.
- Vergi uçotu üzrə daxili hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları icra etmək.
Namizədə tələblər
- 24-45 yaş arası
- Ali təhsil (mühasibat uçotu, maliyyə);
- Vergi Məcəlləsini bilməli;
- 1C proqramında 2-3 il iş təcrübəsi
- Müvafiq sahədə 2-3 ildən az olmayan iş təcrübəsi;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı
İş şəraiti
- Həftədə 5 gün saat 09:00 – 17:00
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin olunacaq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. İstehsalat mühasibi üzrə bazar adətən 900–1 750 ₼ ödəyir, median — 1 600 ₼.
23 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İstehsalat mühasibi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi ev 1 ünvanında yerləşir.
Həftədə 5 gün, saat 09:00 – 17:00 işləmək tələb olunur.
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin olunacaq.
Namizədin yaşı 24-45 arasında olmalıdır.
Ali təhsil (mühasibat uçotu, maliyyə) tələb olunur.
1C və Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİstehsalat mühasibi üzrə Bakıda digər açıq elanlar.
Mühasibat sənədlərini hazırlamaq və vergi hesabatlarını təqdim etmək üçün 2-3 il təcrübə tələb olunur
İstehsalat mühasibatlığını aparır, maya dəyərinin hesablanması və 5 il təcrübə tələb olunur
Restoran sahəsində gündəlik mühasibat əməliyyatlarını aparmaq və inventarizasiya biliklərinə malik olmaq tələb olunur



