Vakansiya haqqında

Tikinti sahəsində fəaliyyət göstərən "KASPİ PROJECT CONSTRUCTİON" Məhdud Məsuliyyətli Cəmiyyəti mühasibat və maliyyə uçotunun aparılması, vergi hesabatlarının hazırlanması və daxili maliyyə hesabatlılığının təmin edilməsi üçün təcrübəli Mühasib vəzifəsinə əməkdaş axtarır.

Vəzifə öhdəlikləri

Mühasibat və vergi uçotu

  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun qanunvericiliyə uyğun aparılması;
  • Vergi bəyannamələrinin (ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi və digər müvafiq hesabatlar) hazırlanması və elektron qaydada təqdim edilməsi;
  • DSMF, işsizlikdən sığorta, icbari tibbi sığorta və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Vergi öhdəliklərinin, vergi borclarının və ödəniş müddətlərinin izlənilməsi;
  • Elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturalarının, təhvil-təslim aktlarının və digər ilkin mühasibat sənədlərinin hazırlanması və yoxlanılması;
  • Bank əməliyyatlarının, kassa və pul vəsaitlərinin hərəkətinin uçotunun aparılması;
  • Əməkhaqqı, məzuniyyət, ezamiyyə və digər əmək ödənişlərinin hesablanması;
  • ƏMAS sistemində müvafiq əməliyyatların aparılması.

Tikinti layihələri üzrə mühasibat uçotu

  • Hər bir tikinti obyekti və layihə üzrə gəlir və xərclərin ayrıca uçotunun aparılması;
  • Tikinti materiallarının, avadanlıqların və digər mal-material ehtiyatlarının mədaxil və məxaricinə nəzarət edilməsi;
  • Obyektlər üzrə material sərfiyyatının və faktiki xərclərin uçotunun aparılması;
  • Podratçı və subpodratçı təşkilatlarla hesablaşmaların, müqavilə öhdəliklərinin və ödənişlərin izlənilməsi;
  • Görülmüş işlər üzrə təhvil-təslim aktlarının, hesablaşma sənədlərinin və elektron qaimələrin yoxlanılması;
  • Təchizatçılar və podratçılar üzrə debitor və kreditor borclarının uçotunun aparılması;
  • Anbar qalıqlarının uçot məlumatları ilə üzləşdirilməsi və inventarizasiya prosesində iştirak;
  • Tikinti layihələri üzrə büdcə xərcləri ilə faktiki xərclərin müqayisəsinin aparılması.

Daxili maliyyə hesabatlılığı

  • Rəhbərlik üçün gündəlik, aylıq və rüblük maliyyə hesabatlarının hazırlanması;
  • Şirkətin gəlir və xərcləri, pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti barədə hesabatların təqdim edilməsi;
  • Hər bir tikinti obyekti üzrə çəkilmiş xərclərin, əldə edilmiş gəlirlərin və mənfəətliliyin hesablanması;
  • Planlaşdırılmış və faktiki xərclərin müqayisəli təhlilinin aparılması;
  • Obyektlər üzrə material, əməkhaqqı, texnika, nəqliyyat və digər xərclərin sistemləşdirilməsi;
  • Rəhbərliyin qərar qəbul etməsi üçün tələb olunan maliyyə məlumatlarının hazırlanması;
  • Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi, sistemləşdirilməsi və arxivləşdirilməsi.

Namizədə dair tələblər

  • Maliyyə, Mühasibat uçotu və audit və ya İqtisadiyyat ixtisasları üzrə ali təhsil;
  • Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Tikinti sektorunda mühasib kimi iş təcrübəsinin olması;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Əmək Məcəlləsini və mühasibat uçotu ilə bağlı qanunvericiliyi yaxşı bilmək;
  • Vergi və digər məcburi dövlət hesabatlarını müstəqil hazırlamaq və təqdim etmək bacarığı;
  • Tikinti sahəsində layihə və obyektlər üzrə gəlir-xərc uçotunun aparılması üzrə praktiki biliklər;
  • Podratçı və subpodratçılarla hesablaşmaların, mal-material uçotunun və ilkin sənədləşmənin aparılması üzrə təcrübə;
  • 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı;
  • MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı*;
  • Elektron vergi kabineti, ƏMAS və digər müvafiq elektron sistemlərdə işləmək bacarığı;
  • Analitik düşünmə, dəqiqlik, məsuliyyətlilik və işlərin vaxtında icrası bacarığı;
  • Müstəqil işləmək və rəhbərliyə mütəmadi hesabat təqdim etmək bacarığı.

Əlavə üstünlüklər

  • Tikinti şirkətlərində tam mühasibat uçotunun aparılması təcrübəsi;
  • Bir neçə tikinti layihəsi üzrə paralel maliyyə uçotunun aparılması təcrübəsi;
  • Smeta, iş həcmləri, Forma 2 və Forma 3 sənədləri ilə işləmək barədə biliklər;
  • PMS sertifikatının olması;
  • Maliyyə hesabatlarının təhlili və vergi risklərinin müəyyən edilməsi bacarığı.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri;
  • İş rejimi: Tam iş günü;
  • İş qrafiki: Həftədə 5 iş günü;
  • Əməkhaqqı: 2000 Azn;
  • Əmək müqaviləsi rəsmi qaydada bağlanılır.

Tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Mühasib” qeyd olunmalıdır.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
2 000 ₼
Yerləşdirilib
24 noyabr 2026
Son tarix
24 dekabr 2026
HRX ilə müraciət
4
Baxış
209

Maaş bazarla müqayisədə

İstehsalat mühasibi üzrə bazar adətən 900–1 750 ₼ ödəyir, median — 1 600 ₼.

bu vakansiya · 2 000 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

23 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

İstehsalat mühasibi kimi öz maaşını yoxla

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Tam iş günü, həftədə 5 iş günü işlənir.

Əməkhaqqı 2000 ₼ təşkil edir.

Əmək müqaviləsi rəsmi qaydada bağlanılır.

Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.

Namizədlər CV-lərini göndərməlidir və məktubun mövzu hissəsində “Mühasib” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

İstehsalat mühasibi üzrə Bakıda digər açıq elanlar.

Good Finance
Mütəxəssis · 2–3 ilBakı
1 400–1 800₼

Mühasibat sənədlərini hazırlamaq və vergi hesabatlarını təqdim etmək üçün 2-3 il təcrübə tələb olunur

Accounting1CInvoice preparationFinancial Reporting+8
Müraciət et
ALUMEKS
Təcrübəli mütəxəssis · 5+ ilBakı
1 500–2 000₼

İstehsalat mühasibatlığını aparır, maya dəyərinin hesablanması və 5 il təcrübə tələb olunur

AccountingCost AccountingFinancial Reporting1C+6
Müraciət et
Resant Hotels
Mütəxəssis · 2–4 ilBakı
Maaş göstərilməyib

Restoran sahəsində gündəlik mühasibat əməliyyatlarını aparmaq və inventarizasiya biliklərinə malik olmaq tələb olunur

AccountingInventory ManagementFinancial ReportingMicrosoft Excel+3
Müraciət et
Azmaş Lizinq
Mütəxəssis · 2–3 ilBakı
Maaş göstərilməyib

Vergi uçotunu aparır, vergi qanunvericiliyini bilir və 1C proqramında təcrübəsi olmalıdır

Tax Legislation1CFinancial ReportingInventory Management+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
2 000 ₼
Mühasib
Müraciət et