IFRS üzrə hesabatlılıq şöbəsinin aparıcı mütəxəssisi

Bir

Vakansiya haqqında

Aparıcı mütəxəssis ana şirkətin və onun törəmə müəssisələrinin Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) uyğun maliyyə hesabatlarının hazırlanması prosesinə dəstək göstərir. Vəzifə il sonu, yarımillik və rüblük auditlərin, eləcə də aralıq bağlanış (hard-close) prosedurlarının həyata keçirilməsinə dəstəyi, Ekosistemin müxtəlif struktur bölmələrindən məlumatların və audit sübutlarının toplanmasını, auditorların və reytinq agentliklərinin sorğularının cavablandırılmasını əhatə edir.

Vəzifə öhdəlikləri

Auditorlar üçün mütəmadi analitik təhlillər hazırlamaq: balans hesabatı və mənfəət və zərər hesabatı (MZH) maddələrinin əvvəlki hesabat dövrü ilə müqayisəli təhlilini aparmaq, əhəmiyyətli dəyişiklikləri izah etmək, əsas qalıqlar üzrə təfsilatlı bölgülər və hərəkət cədvəlləri (roll-forward) hazırlamaq.

Holdinq şirkətindən daxil olan sorğuları operativ şəkildə cavablandırmaq, o cümlədən qrup üzrə konsolidasiya məqsədilə tələb olunan məlumatları və hesablamaları hazırlayaraq təqdim etmək.

Maliyyə institutlarından və beynəlxalq reytinq agentliklərindən daxil olan sorğuların cavablandırılmasına dəstək göstərmək.

Xarici auditorlar tərəfindən tələb olunan audit sübutlarını Ekosistemin digər struktur bölmələrindən toplamaq, onların tamlığını yoxlamaq və müəyyən edilmiş müddətlərdə təqdim etmək.

İl sonu, yarımillik və rüblük auditlər zamanı xarici auditorlarla koordinasiyanı təmin etmək, onların sorğularını icra etmək və tələb olunan məlumatları təqdim etmək.

Ana şirkətin və onun törəmə müəssisələrinin il sonu, yarımillik və rüblük auditləri, eləcə də aralıq bağlanış (hard-close) prosedurları çərçivəsində BMHS üzrə maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək: dəstəkləyici cədvəlləri, üzləşdirmə sənədlərini və maliyyə hesabatlarına dair qeydləri hazırlamaq.

Tələblər

Yüksək diqqətlilik, detallara həssas yanaşma və qısa müddətlərdə tapşırıqları yerinə yetirmək bacarığı.

SQL biliklərinin olması üstünlükdür.

Excel proqramından sərbəst istifadə bacarığı, üzləşdirmə və analitik təhlillər üçün böyük həcmli məlumatlarla işləmək qabiliyyəti.

Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək.

Audit şirkətində (üstünlük Big Four şirkətlərinə verilir) və ya bankın mühasibat uçotu və ya hesabatlılıq bölməsində minimum 2 il iş təcrübəsi.

Beynəlxalq Maliyyə Hesabatı Standartları (BMHS) üzrə yaxşı biliklərə malik olmaq.

ACCA kvalifikasiyasına malik olmaq üstünlükdür (xüsusilə Financial Accounting və Financial Reporting fənləri üzrə).

Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil.

Üstünlüklər

Ekosistem səviyyəsində öyrənmə imkanları

Mentorluq və peşəkar inkişaf

Milyonlarla müştəri üçün real təsir yaratmaq

Dəstəkləyici və açıqfikirli mədəniyyət

Texnologiya və biznesin kəsişməsində karyera imkanı

Rəqabətli əməkhaqqı və bonuslar

Yüksək təminatlı sığorta

Visa Premium əməkhaqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət günləri

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, PBT2 (Port Baku Tower 2)
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
26 noyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
25 dekabr 2026
Baxış
44

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. İstehsalat mühasibi üzrə bazar adətən 900–1 750 ₼ ödəyir, median — 1 600 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

23 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

İstehsalat mühasibi kimi öz maaşını yoxla

Şirkət haqqında

Bir
Technology · 5,001-10,000 · Bakı
Bir — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

PBT2 (Port Baku Tower 2) binasında yerləşir.

Audit şirkətində və ya bankın mühasibat uçotu və hesabatlılıq bölməsində minimum 2 il iş təcrübəsi tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Mentorluq, peşəkar inkişaf, rəqabətli əməkhaqqı, bonuslar, yüksək təminatlı sığorta, korporativ endirimlər və tədbirlər, əlavə məzuniyyət günləri təklif olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

İstehsalat mühasibi üzrə Bakıda digər açıq elanlar.

Kaspi Project Construction MMC
Mütəxəssis · 3+ ilBakı
2 000₼

Tikinti sahəsində mühasibat və vergi uçotunu aparmaq üçün 3 il təcrübəli mühasib tələb olunur

AccountingFinancial ReportingBudgetingTax Reporting+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Good Finance
Mütəxəssis · 2–3 ilBakı
1 400–1 800₼

Mühasibat sənədlərini hazırlamaq və vergi hesabatlarını təqdim etmək üçün 2-3 il təcrübə tələb olunur

Accounting1CInvoice preparationFinancial Reporting+8
Müraciət et
Resant Hotels
Mütəxəssis · 2–4 ilBakı
Maaş göstərilməyib

Restoran sahəsində gündəlik mühasibat əməliyyatlarını aparmaq və inventarizasiya biliklərinə malik olmaq tələb olunur

AccountingInventory ManagementFinancial ReportingMicrosoft Excel+3
Müraciət et
ALUMEKS
Təcrübəli mütəxəssis · 5+ ilBakı
1 500–2 000₼

İstehsalat mühasibatlığını aparır, maya dəyərinin hesablanması və 5 il təcrübə tələb olunur

AccountingCost AccountingFinancial Reporting1C+6
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
IFRS üzrə hesabatlılıq şöbəsinin aparıcı mütəxəssisi
Müraciət et