Mühasib-operator kimi gündəlik maliyyə sənədlərini işləmək və 1C proqramını bilmək tələb olunur
Vakansiya haqqında
Təsvir
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
- Əsas vəsaitlərin uçotunu aparmaq, mədaxili, yerdəyişməsi və silinməsini sənədləşdirmək, inventarizasiyanın aparılmasında və sənədləşdirilməsində iştirak etmək;
- Mühasibatlıq sənədlərini 1C mühasib proqramına daxil etmək;
- Hesabatların hazırlanması üçün sahədən məlumat toplamaq;
- Ezamiyyə sənədlərini yoxlamaq, qəbul etmək və ezamiyyə xərclərini hesablamaq;
- Sahənin anbarı üzrə mal-material hesabatlarını qəbul etmək, yoxlamaq və mal-materialların uçotunu aparmaq;
- Rəhbəri tərəfindən verilmiş tapşırıqları icra etmək.
Tələblər
- Təhsil: Müvafiq sahə üzrə orta ixtisas təhsili
- Kompüter biliyi: Microsoft Office proqramları üzrə biliklər
- Azərbaycan Respublikasının Mühasibat uçotu haqqında qanunu və digər qanunvericilik aktları
- Mühasibat hesabının metod və formaları, uçot və hesabatı
- Hesabatların plan və korrespondensiyasıHesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili
- Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydaları
- Hesablama texnikasının istismarı qaydaları
- Analitik düşüncə, diqqətlilik, əzmkarlıq
- Sahə üzrə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mühasib üzrə bazar adətən 643–1 110 ₼ ödəyir, median — 800 ₼.
143 açıq vakansiya, 305 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Cəmiyyət "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Hacıqabul şəhərindədir.
Müvafiq sahə üzrə orta ixtisas təhsili tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Hacıqabulda digər açıq elanlar.
Mühasibat uçotunun bütün sahələrini idarə edir və maliyyə hesabatlarını hazırlamaq bacarığı tələb olunur
Mühasibat sənədlərini hazırlamaq və 1C proqramında maliyyə əməliyyatlarını aparmaq.
Lizinq ödənişlərinin uçotunu aparır, mühasibatlıq sahəsində minimum 1 il təcrübə tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





