Filialların borc portfelini təhlil edir və monitorinq hesabatları hazırlayır, analitik bacarıq tələb olunur.
Vakansiya haqqında
Təsvir
FATCA və CRS istiqamətində özünü inkişaf etdirmək, bank sektorunda beynəlxalq vergi uyğunluğu prosesləri ilə tanış olmaq istəyən, FATCA, CRS, bankçılıq, maliyyə və vergi uyğunluğu sahələrinə marağı olan, bu istiqamətdə ilk peşəkar addımlarını atmaq və öyrənərək inkişaf etmək istəyən namizədləri komandamıza dəvət edirik.
- FATCA və CRS qaydalarının əsas prinsiplərini və tətbiq mexanizmlərini öyrənmək
- Hesabatlı hesabların müəyyən edilməsi və yoxlanılması prosesində komandaya dəstək olmaq
- Yeni açılan fiziki və hüquqi şəxslərin hesabları üzrə özünüqiymətləndirmə sənədlərinin və W formalarının mövcudluğunu və düzgünlüyünü yoxlamaq
- Bank sistemində müştəri məlumatlarının mütəmadi monitorinqində iştirak etmək
- Çatışmayan, natamam və ya yenilənməsi tələb olunan məlumatların müəyyən edilməsinə və yenilənməsi prosesinə dəstək olmaq
- FATCA və CRS üzrə hesabatların hazırlanması üçün bankın filial və struktur bölmələrindən müvafiq məlumatların toplanmasına dəstək göstərmək
- Hesabatların hazırlanması və təqdim edilməsi prosesini praktiki olaraq öyrənmək
- Müvafiq sənədlərin və məlumatların düzgünlüyünün yoxlanılmasında komandaya dəstək olmaq
Bu təcrübə proqramında nə öyrənəcəksən?
- FATCA və CRS standartlarının praktiki tətbiqini
- Beynəlxalq vergi uyğunluğu və hesabatlılıq proseslərini
- Bank müştərilərinin məlumatlarının yoxlanılması və monitorinqi proseslərini
- Hesabatların hazırlanması və məlumatların düzgün strukturlaşdırılmasını
- Bank əməliyyatları və uyğunluq prosesləri haqqında praktiki bilikləri
- Real iş mühitində analitik və peşəkar bacarıqlarını inkişaf etdirməyi
Tələblər
- Ali təhsil — iqtisadiyyat, maliyyə, mühasibat uçotu,və ya əlaqəli ixtisaslar üzrə
- FATCA və CRS haqqında ilkin məlumatın olması üstünlükdür
- Öyrənməyə və yeni biliklər əldə etməyə həvəs
- Analitik düşüncə və detallara diqqət
- MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı
- Məsuliyyətlilik və komandada işləmək bacarığı
- Azərbaycan dilində yaxşı, ingilis dilində isə ən azı orta səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçNamizəd MS Office proqramlarında, xüsusilə Excel-də işləməyi bilməlidir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKomplayens üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
PL/TMM və Komplayens sahəsində araşdırma aparmaq və təqdimat hazırlamaq bacarığı tələb olunur.
Komplayens sahəsində araşdırma və məlumatların təhlili aparır, analitik düşüncə tələb olunur.
Komplayens sahəsində araşdırma və məlumatların təhlili ilə məşğul olan, analitik düşüncəyə malik gənc tələb olunur.




