Komplayens departamentinin ÇPY və TMM şöbəsinin təcrübəçisi

Birbank

Vakansiya haqqında

Komplayens sahəsində karyera qurmaq istəyən, analitik düşüncəyə malik, araşdırma aparmağı sevən, riskləri müəyyən edə bilən, məsuliyyətli və öyrənməyə həvəsli gənc istedadlar axtarırıq. Məlumatları təhlil və sistemləşdirmə bacarığı olan, detallara diqqətli və işə məsuliyyətli yanaşan namizədlər bu rol üçün uyğun hesab olunur

Vəzifə öhdəlikləri

  • AML/CFT çərçivəsində aparılan təhlil və araşdırmalar üzrə ilkin məlumatların toplanmasına, sistemləşdirilməsinə və emalına dəstək göstərilməsi;
  • Sanksiya, PEP, neqativ media və digər açıq mənbələr üzrə aparılan araşdırmalarda iştirak edilməsi;
  • Hesabat, reyestr və digər analitik məlumat bazalarının hazırlanması və aktual saxlanılması;
  • Böyük həcmli məlumatların MS Excel və mövcud biliklərdən asılı olaraq SQL, Python və digər analitik alətlər vasitəsilə emalı və təhlilinə dəstək göstərilməsi;
  • Şöbənin fəaliyyəti çərçivəsində yaranan digər analitik, araşdırma və məlumatların emalı xarakterli işlərdə iştirak edilməsi.

Tələblər

  • Hüquq, iqtisadiyyat, maliyyə, audit, biznesin idarə edilməsi və ya digər əlaqəli ixtisaslar üzrə sonuncu kurs bakalavr tələbələri, magistr tələbələri və yeni məzunlar;
  • Komplayens, bank işi, risklərin idarə edilməsi, audit və daxili nəzarət sahəsində karyera qurmağa marağın olması;
  • Azərbaycan dilində sərbəst, ingilis və rus dillərində isə ən azı orta səviyyədə yazılı və şifahi ünsiyyət bacarığının olması;
  • MS Office proqramları, xüsusilə Excel, Word və PowerPoint ilə işləmək bacarığının olması;
  • Analitik düşünmə, məlumatları müqayisə və təhlil etmə bacarığının olması;
  • Detallara diqqətli, məsuliyyətli, öyrənməyə açıq və komanda ilə işləmək bacarığının olması;
  • İş təcrübəsinin tələb olunmaması, bank, audit, hüquq, risk və ya komplayens sahəsində əvvəlki təcrübənin olması üstünlükdür;
  • Komplayens, AML/CFT, risklərin idarə edilməsi və ya daxili audit üzrə ilkin bilik və sertifikatların olması üstünlükdür.

Üstünlüklər

  • Peşəkar inkişaf: Bank sektorunda praktiki bilik və bacarıqlar qazanmaq;
  • Mentorluq: Təcrübəli mütəxəssislərlə işləyərək onlardan öyrənmək;
  • Karyera imkanı: Təcrübə müddətində uğurlu nəticə göstərən namizədlərin gələcəkdə iş imkanları ilə təmin olunması;
  • Şəxsi inkişaf: Analitik düşüncə, hesabatlılıq və komanda ilə işləmə bacarıqlarının gücləndirilməsi;
  • İş mühiti: Dostluq və dəstəkçi komanda ilə rahat iş mühiti.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, 153 Neftçilər prospekti, Nəsimi district
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
11 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
4 oktyabr 2026
Baxış
23

Şirkət haqqında

Birbank
Banking · Baku
Birbank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Komplayens üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Superfon
JuniorBakı
600–700₼7 gün qalıb

Filialların borc portfelini təhlil edir və monitorinq hesabatları hazırlayır, analitik bacarıq tələb olunur.

Report PreparationResponsibilityAnalytical skillsMathematical Calculation+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Komplayens departamentinin ÇPY və TMM şöbəsinin təcrübəçisi
Müraciət et