Komplayens hesabatlığı üzrə aparıcı mütəxəssis

Birbank

Vakansiya haqqında

Birbank-ın strateji fəaliyyətində mühüm rol oynayan Komplayens hesabatlığı şöbəsinə komanda yoldaşı axtarırıq. Bu rol Bankın komplayens hesabatlarının hazırlanması, müvafiq daxili strukturları və dövlət qurumlarına dəqiq və vaxtında təqdim olunmasını əhatə edir. Bu vəzifədə Siz həm gündəlik hesabatların hazırlanmasında, həm də yeni regulyativ tələblərə uyğun proseslərin qurulmasında iştirak edəcəksiniz. Sizin işiniz yalnız hesabatların hazırlanması ilə məhdudlaşmayacaq, həm də Bankın sabit fəaliyyətinə və risklərin effektiv idarə olunmasına mühüm töhfə verəcək.

Vəzifə öhdəlikləri

  • Bankın məlumat bazalarından zəruri məlumatların sorğulanması, analizi və tənzimləyici/daxili hesabatların hazırlanması;
  • Mövcud hesabatlıq skriptlərinin optimallaşdırılması və yeni biznes tələblərinin (reportinq meyarlarının) skriptlərə tətbiq edilməsi;
  • AML və ya risklərin idarə edilməsi çərçivəsində yeni şübhəlilik indikatorları üzrə (monitoring/screening) skriptlərin işlənib hazırlanması;
  • Nəzarətedici qurumlar tərəfindən tələb olunan hesabat məlumatlarının müvafiq proqram təminatında toplanmasına və onların dəqiqliyinə nəzarət edilməsi.

Tələblər

  • İT, İqtisadiyyat, Maliyyə və ya əlaqəli sahələr üzrə ali təhsilin olması;
  • Bank sektorunda, xüsusilə hesabatlıq və ya data analitika sahəsində ən azı 2 il iş təcrübəsinin olması;
  • Verilənlər bazaları ilə işləmə təcrübəsinin olması;
  • SQL, PL/SQL və MS Excel üzrə qabaqcıl səviyyədə biliklərin olması;
  • HTML, CSS, XML və JSON formatları ilə işləmə bacarığının olması;
  • Python proqramlaşdırma dilini bilməyin üstünlük hesab edilməsi;
  • Hesabat sənədləşməsi və texniki tapşırıqlarla işləmək üçün texniki səviyyədə ingilis dili biliklərinin olması.

Üstünlüklər

  • Ekosistem səviyyəsində öyrənmə imkanları
  • Mentorluq və peşəkar inkişaf
  • Milyonlarla müştəri üçün real təsir yaratmaq
  • Dəstəkləyici və açıqfikirli mədəniyyət
  • Texnologiya və biznesin kəsişməsində karyera imkanı
  • Rəqabətli əməkhaqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Visa Premium əməkhaqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət günləri

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Baş ofis
Təcrübə
3–7 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 oktyabr 2026
Dillər
English
Son tarix
21 oktyabr 2026
Baxış
246

Şirkət haqqında

Birbank
Banking · Baku
Birbank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri Baş ofisdə, Bakıda yerləşir.

Bank sektorunda hesabatlıq və ya data analitika sahəsində ən azı 2 il iş təcrübəsi tələb olunur.

İş saatları və iş günləri barədə məlumat verilməyib.

SQL, PL/SQL, MS Excel, HTML, CSS, XML, JSON bilikləri və Python proqramlaşdırma dili üstünlükdür.

İT, İqtisadiyyat, Maliyyə və ya əlaqəli sahələr üzrə ali təhsil tələb olunur.

Texniki səviyyədə ingilis dili bilikləri tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Komplayens üzrə mütəxəssis üzrə Baş ofis şəhərində digər açıq elanlar.

Superfon
JuniorBakı
Maaş göstərilməyib

Filialların borc portfelini təhlil edir və riskləri müəyyən etmək üçün monitorinq aparır.

Data AnalysisAnalytical ThinkingMathematical CalculationMicrosoft Office+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Komplayens hesabatlığı üzrə aparıcı mütəxəssis
Müraciət et