Korporativ hüquq, müqavilə hüququ və maliyyə sektorunun hüquqi müşayiəti üzrə sənədlərin hazırlanması və ekspertizası aparır
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Müqavilələrin və digər əqdlərin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılmasını həyata keçirmək, müqavilə danışıqlarında iştirak etmək, müqavilə layihələrini Cəmiyyətin maraqları və qanunvericiliyin tələbləri baxımından qiymətləndirmək və bu istiqamətdə hüquqi rəy və arayışlar tərtib etmək;
Müqavilələrin icrası ilə bağlı hüquqi məsələləri və riskləri müəyyən etmək və qiymətləndirmək, müqavilələrə əlavə və dəyişikliklərin, habelə xitam və digər əlaqəli sənədlərin hazırlanmasını təmin etmək, müqavilə münasibətləri üzrə hüquqi məsləhət və dəstək göstərmək;
Normativ hüquqi aktların və normativ xarakterli sənədlərin hazırlanmasını, hüquqi ekspertizasını və qanunvericiliyə uyğunluğunun təmin edilməsini həyata keçirmək, zəruri hüquqi təklif və rəylər hazırlamaq;
Birgə müəssisələrin yaradılması və fəaliyyəti ilə bağlı müqavilələrin və digər təsis sənədlərinin hazırlanmasını və hüquqi ekspertizasını həyata keçirmək, tərəflərin hüquq və öhdəliklərini, idarəetmə və qərar qəbuletmə mexanizmlərini, iştirak paylarını və digər əsas şərtləri hüquqi baxımdan tənzimləmək, danışıqlar prosesində hüquqi dəstək göstərmək və Cəmiyyətin maraqlarının qorunmasını təmin etmək;
Birgə müəssisələrin təsisindən sonrakı korporativ prosedurların, təsisçi (iştirakçı, ali idarəetmə orqanı və s.) qismində Cəmiyyət tərəfindən qəbul edilməli qərarların və digər zəruri hüquqi tədbirlərin həyata keçirilməsini hüquqi baxımdan müşayiət etmək;
Hasilatın Pay Bölgüsü Sazişləri (PSA) üzrə rəhbərliyin tapşırıqlarını icra etmək, həmin tapşırıqlar əsasında hüquqi araşdırmalar aparmaq, hüquqi arayış və rəylər hazırlamaq, aidiyyəti dövlət orqanları və qurumlarına, habelə digər maraqlı tərəflərə ünvanlanacaq məktub və digər sənəd layihələrini hazırlamaq, müvafiq qurumlarla hüquqi məsələlər üzrə kommunikasiya və koordinasiyanı təmin etmək, görülmüş işlər və əldə edilmiş nəticələr barədə şöbə müdirinin müavininə məlumat və hesabat təqdim etmək;
Müxtəlif sahələr üzrə qanunvericiliyin tətbiqi ilə bağlı hüquqi arayışlar, rəylər və digər analitik sənədlər hazırlamaq;
Dövlət satınalmaları sahəsində qanunvericiliyin tətbiqi üzrə hüquqi dəstək göstərmək, satınalma sənədlərinin və qərar layihələrinin hüquqi ekspertizasını həyata keçirmək, satınalma prosedurlarında yaranan hüquqi riskləri qiymətləndirmək və müvafiq rəylər hazırlamaq;
Cəmiyyətin struktur bölmələrindən daxil olan sorğular əsasında qanunvericiliyin və Cəmiyyətin Nizamnaməsinin tətbiqi ilə bağlı hüquqi məsləhət və yardım göstərmək.
Tələb olunan bilik və bacarıqlar:
Azərbaycan dilini mükəmməl, rus dilini isə sərbəst səviyyədə bilmək;
Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki Məcəlləni, Torpaq Məcəlləsini, Şəhərsalma və Tikinti Məcəlləsini, Vergi Məcəlləsini, Əmək Məcəlləsini, Rəqabət Məcəlləsini, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununu, "Yerin təki haqqında" Qanunu, "Lisenziyalar və icazələr haqqında" Qanunu, "Ətraf mühitin mühafizəsi haqqında" Qanunu, “İnzibati icraat haqqında” Qanunu, korporativ idarəetmə və investisiya fəaliyyəti ilə bağlı qanunvericiliyi və digər əlaqəli qanunvericilik aktlarını bilmək;
Hasilatın pay bölgüsü sazişlərinin əsas prinsipləri, hüquqi və müqavilə mexanizmləri üzrə biliklərə malik olması arzuolunandır.
Tələb olunan təhsil:
Ali təhsil (Hüquq ixtisası üzrə)
Tələb olunan iş təcrübəsi:
Müvafiq sahə üzrə 5 il iş təcrübəsi (Hasilatın pay bölgüsü sazişləri üzrə təcrübəyə malik olması arzuolunandır).
İş qrafiki:
Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.Əmək haqqı və əlavə imtiyazlar:
•Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.•Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
•Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
•Nəqliyyat xidməti.
•Rəqabətli mükafatlandırma sistemi.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
AzerGold CJSC — Azerbaijan's state gold & non-ferrous metals producer (Chovdar, Söyüdlü/ZOD). Hires middle+ geology, mining engineering, IT, legal, procurement and ecology talent.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş həftədə 5 gün, gündə 8 saat, ümumilikdə həftədə 40 saatdır.
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi tələb olunur.
Ali təhsil hüquq ixtisası üzrə olmalıdır.
Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
Təlimlərdə iştirak, idman mərkəzlərinə giriş, nəqliyyat xidməti və rəqabətli mükafatlandırma sistemi mövcuddur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKorporativ katiblik üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Hüquqi məsələlərin tənzimlənməsi üzrə tapşırıqları icra edir və hüquqşünaslıq təhsili tələb olunur
Cəmiyyətin korporativ hüquq məsələlərini idarə edir və müqavilələrin hazırlanmasında təcrübə tələb olunur.
Korporativ hüquq və kommersiya sahəsində mürəkkəb hüquqi məsələləri müstəqil həll edir, 5+ il təcrübə tələb olunur.



