Müştərilərə xidmət üzrə baş mütəxəssis (SME)

Rabitəbank ASC

Vakansiya haqqında

Təsvir

“Rabitəbank” ASC Xaçmaz filialı üzrə Biznes Kreditləri, Müştərilərə xidmət bölməsinə baş mütəxəssis(SME) vəzifəsinə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

  • Potensial müştərilərə bankın xidmət və məhsulları barədə məlumat vermək;
  • Sağlam müştəriləri banka cəlb edilməsini təmin etmək;
  • Biznes krediti almaq məqsədilə müraciət etmiş müştərilərin kredit müraciətlərini təhlil etmək; Müştərinin biznesinin keyfiyyətli maliyyə analizini həyata keçirmək;
  • Müvafiq qaydalara uyğun olaraq memorandumu tərtib etmək və müvafiq Kredit Komitələrinə təqdim etmək;
  • Kredit verilməsinə dair müvafiq qərar qəbul edildikdən sonra, kredit və girov müqavilələr bağlanması üçün tələb olunan sənədlər toplusu (tam şəkildə təqdim olunmalıdır ) filialın aidiyyatı əməkdaşına (kredit administratora) təqdim etmək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
  • Kredit ödənişlərini gecikdirən müştərilərlə aktiv işləmək (telefon vasitəsilə danışıqlar aparmaq, on arın yaşadıqları ünvanlara qaydalara uyğun olaraq məktublar göndərmək və lazım olduqda yaşadıqları ünvanlara getmək);
  • Verilmiş kreditlər üzərində monitorinqlər həyata keçirmək;
  • Notariat kontorları tərəfindən müqavilələrin təsdiqi və müvafiq dövlət orqanlarında qeydiyyatın rəsmiləşdirilməsi prosesində iştirak etmək;
  • Kredit müqavilələrinin müddətləri müqavilə şərtlərinə uyğun olaraq bitdikdə və müqavilə üzrə öhdəlik tam icra edildikdə kreditin təminatı olan ipotekanın (girovların), yüklülükdən (girovdan) azad edilməsi üçün filial müdirinin dərkənarı ilə Kreditlərə Nəzarət şöbəsinə təqdim etmək;
  • Satış prosesin təkmilləşdirilməsinə və banka yeni müştərilərin cəlb edilməsinə dair təkliflər vermək;
  • Filial müdirinin ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirmək;
  • Bankdaxili qayda və təlimatları bilmək, onlara riayət etmək.

Tələblər

  • Ali təhsil (Orta-ixtisas təhsil da baxıla bilər) (iqtisadi təhsilli olması arzu ediləndir);
  • MS Office proqramında peşakar işləyə bilmək bacarığı;
  • Biznes kredit sahəsində ən azı 2-3 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl bilmək, rus dilini başa düşmək və danışmaq bacarığı;
  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək; Ünsiyyətqurma bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Yüksək təhlil etmə bacarığı.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Yerləşmə
Xaçmaz
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 avqust 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
21 sentyabr 2026

Şirkət haqqında

Rabitəbank ASC
Banking · Baku
Rabitəbank ASC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Gədəbəy Mineral Suları MMC
Senior · 5+ ilBakı
Maaş göstərilməyib

Maliyyə hesabatlarını hazırlayır, büdcə və maliyyə təhlili üzrə 5 ildən çox təcrübəsi var.

Budget ControlFinancial AnalysisFinancial ReportingCash Flow Management+10
Müraciət etAsan müraciətAsan müraciət
jobU
Middle · 1–2 ilGəncə
Maaş göstərilməyib

Müştərilərlə görüşərək kredit ehtiyaclarını qiymətləndirir və satışını həyata keçirir

Financial AnalysisPresentationNegotiationReport Preparation+12
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Müştərilərə xidmət üzrə baş mütəxəssis (SME)
Müraciət et