Kredit portfelini idarə edir, aktiv satış aparır və yüksək ünsiyyət bacarığı tələb olunur.
Vakansiya haqqında
Famurex MMC komandamıza Kredit Mütəxəssisi vəzifəsinə məsuliyyətli, aktiv və karyera inkişafına maraqlı əməkdaş axtarır.
Namizədə tələblər:
- Yaş: 25–30
- Ali təhsil
- Lombard, BOKT və ya bank sektorunda ən azı 1 il iş təcrübəsi
- Xüsusilə lombard sahəsində çalışan və ya əvvəllər çalışmış namizədlərə üstünlük verilir
- Kreditlərin rəsmiləşdirilməsi və kredit analizi üzrə praktiki bilik
- Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı
- Satış və müştəri cəlbetmə bacarığı
- Azərbaycan dilində səlis danışıq; rus dili arzuolunandır
- MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı
- Diqqətli, məsuliyyətli və operativ olmaq
- Komandada işləmək və nəticəyə fokuslanmaq bacarığı
Əsas vəzifələr:
- Müştərilərin qarşılanması və lombard xidmətləri barədə məlumatlandırılması
- Kredit müraciətlərinin qəbul edilməsi və təhlili
- Girovun qiymətləndirilməsi və kreditin rəsmiləşdirilməsi
- Kredit portfelinə nəzarət
- Mövcud müştərilərlə münasibətlərin qorunması və yeni müştərilərin cəlb edilməsi
- Kredit ödənişlərinin və müştəri öhdəliklərinin izlənilməsi
- Şirkətin daxili prosedur və standartlarına riayət edilməsi
Biz nə təklif edirik:
- Rəqabətədavamlı əmək haqqı + bonus sistemi
- Peşəkar və dinamik iş mühiti
- Lombard və maliyyə sektorunda karyera inkişafı imkanı
- Müvafiq təlim və inkişaf proqramları
- Nəticəyə əsaslanan əlavə bonus imkanları
- Rəsmi əmək müqaviləsi
İş qrafiki: Tam iş günü
İş yeri: Bakı şəhəri
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini göndərərkən mövzu hissəsində “Kredit Mütəxəssisi” qeyd etməlidirlər.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Kredit mütəxəssisi üzrə bazar adətən 600–1 000 ₼ ödəyir, median — 775 ₼.
39 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Kredit mütəxəssisi kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəridir.
Tam iş günü rejimində işləmək tələb olunur.
Minimum 1 il lombard, BOKT və ya bank sektorunda iş təcrübəsi tələb olunur.
CV göndərilməlidir, mövzu hissəsində “Kredit Mütəxəssisi” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçRəqabətədavamlı əmək haqqı və bonus sistemi təklif olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKredit mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Kredit portfelinin idarə olunması və müştəri əlaqələrinin qurulması üçün 1 il təcrübə tələb olunur.
Müştərilərin maliyyə vəziyyətini təhlil edir və kredit məhsullarının satışını təmin edir.
Müştərilərə kreditlə satış barədə məlumat verir və kredit müraciətlərini analiz edir.



