Müştərilərə kreditlə satış barədə məlumat verir və kredit müraciətlərini analiz edir.
Vakansiya haqqında
Brand Credit BOKT komandamıza qoşulacaq, müştərilərlə işləməyi bacaran, satış yönümlü və nəticəyönümlü Kredit Mütəxəssisi axtarır!
Maliyyə sahəsində təcrübəniz, müştəri portfeliniz və satış bacarıqlarınız varsa, karyeranızı bizimlə inkişaf etdirmək fürsətini qaçırmayın!
İş şəraiti
- İş yeri: Bakı (Baş ofis) və Bərdə şəhər filialı
- Əmək haqqı: 450–1000 AZN (bilik, təcrübə və nəticələrdən asılı olaraq)
- İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00–18:00
- İstirahət günləri: Şənbə və bazar
Vəzifə öhdəlikləri
- Yeni müştərilərin cəlb edilməsi və aktiv satış fəaliyyətinin həyata keçirilməsi;
- Mövcud müştərilərlə əlaqələrin qorunması və müştəri bazasının genişləndirilməsi;
- Müştərilərə kredit məhsulları, şərtləri və müraciət prosesi barədə ətraflı məlumat verilməsi;
- Kredit müraciətlərinin qəbulu, ilkin qiymətləndirilməsi və müştərilərin ödəmə qabiliyyətinin təhlili;
- Girovun dəyərləndirilməsi və kredit risklərinin müəyyənləşdirilməsi;
- Kredit sənədlərinin düzgün və tam hazırlanmasının təmin edilməsi;
- Kredit portfelinin formalaşdırılması, idarə olunması və ödənişlərə nəzarət edilməsi;
- Müəyyən edilmiş satış və kredit hədəflərinin yerinə yetirilməsi;
- Şirkətin daxili qaydalarına, kredit siyasətinə və xidmət standartlarına riayət olunması.
Namizədə tələblər
- Yaş həddi: 20–35
- Ali və ya orta ixtisas təhsili;
- Kredit və ya maliyyə sahəsində minimum 1 il iş təcrübəsi;
- Mövcud müştəri bazasının və ya formalaşmış müştəri əlaqələrinin olması;
- Kredit məhsulları, maliyyə təhlili və kredit riskləri haqqında biliklər;
- Güclü ünsiyyət, təqdimat və müştərilərlə işləmək bacarığı;
- Satış yönümlü düşüncə və nəticə əldə etmək istəyi;
- Analitik düşünmə, operativlik və məsuliyyətlilik;
- MS Office proqramlarında işləmək bacarığı;
- Komandada işləmək və iş prosesini müstəqil təşkil etmək bacarığı.
Biz nə təklif edirik?
- Əmək qanunvericiliyinə uyğun rəsmi işə qəbul;
- Bilik və nəticələrə uyğun əmək haqqı və bonus imkanları;
- Peşəkar inkişaf və karyera yüksəlişi perspektivi;
- Korporativ mühitdə bilik və təcrübənizi artırmaq imkanı.
Tələblərə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Mövzu bölməsində “Kredit Mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
Brand Credit BOKT – Gələcəyinizi bizimlə qurun!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Kredit mütəxəssisi üzrə bazar adətən 750–1 000 ₼ ödəyir, median — 850 ₼.
42 açıq vakansiya, 39 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Kredit mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Brand Credit Azərbaycan bazarında 2011-ci ildən fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Brand Credit Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 21.11.2011-ci il tarixli BKT -9 saylı Lisenziyasına əsasən 900…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Baş ofisdə və Bərdə filialında yerləşir.
Bazar ertəsindən cüməyə saat 09:00–18:00 arası işləyirsiniz, şənbə və bazar istirahət günləridir.
Əmək haqqı 450–1000 manat arasında, bilik və təcrübədən asılıdır.
Əmək qanunvericiliyinə uyğun rəsmi işə qəbul təmin edilir.
CV-nizi mövzu bölməsində “Kredit Mütəxəssisi” qeyd etməklə elektron poçt ünvanına göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKredit mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Maliyyə sektorunda kredit satışını öyrənir və satış bacarıqlarını inkişaf etdirir.
Kredit və lizinq məhsullarını satmaq və müştəri müraciətlərini təhlil etmək üçün kredit mütəxəssisi.
Kredit müraciətlərini qəbul edir, analiz edir və kredit portfelini idarə edir



