Müştərilərin problemli kreditlərini idarə edir və borcun geri qaytarılması üçün danışıqlar aparır.
Vakansiya haqqında
FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı Şabran filialı üçün Kredit Satışı İşçisi vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri
- Müştərilərlə yerində görüşlər təşkil edərək onların fəaliyyətini və maliyyə ehtiyaclarını qiymətləndirmək, uyğun kredit məhsullarını təqdim etmək
- Müştərinin maliyyə və kredit qabiliyyətini təhlil etmək məqsədilə gəlir, xərc və biznes dövriyyəsi üzrə məlumatların toplanması və analizini həyata keçirmək
- Müştərinin biznes və sosial məlumatlarını təhlil edərək fəaliyyətinin real mövcudluğunu və kreditin məqsədəuyğunluğunu qiymətləndirmək
- Uyğunluq meyarlarına cavab verən müştərilər üzrə kredit ərizələrinin təqdim edilməsi, doldurulmasına nəzarət və əsas bank sisteminə daxil edilməsi
- Müştəri məlumatlarının (əlaqə, biznes və sosial məlumatlar) tamlığı və düzgünlüyünün təmin edilməsi, məlumatların toplanması, yoxlanılması və sistemə daxil edilməsi
- Səlahiyyət və funksional fəaliyyət çərçivəsindən kənara çıxan müştəri sorğularını qüvvədə olan siyasət və prosedurlara uyğun olaraq aidiyyəti bölmələrə yönləndirmək
- Satış hədəflərinə nail olmaq, müştəri portfelini genişləndirmək və ərazi üzrə kredit satışlarının artırılmasına yönəlik aktiv fəaliyyət göstərm
- Səlahiyyət və funksional fəaliyyət çərçivəsindən kənara çıxan müştəri sorğularını qüvvədə olan siyasət və prosedurlara uyğun olaraq aidiyyəti bölmələrə yönləndirmək
- Kredit məhsulunun verilmə məqsədini və müştərinin biznes/təsərrüfat ehtiyaclarına uyğunluğunu qiymətləndirmək
- Müştərinin kredit tarixçəsini Kredit Bürosu, kredit reyestri və daxili sistemlər üzrə yoxlamaq, nəticələri sistemə daxil etmək və kredit risklərini təhlil etmək
- Zamin tələb olunan hallarda zaminin maliyyə vəziyyətini və öhdəlikləri yerinə yetirmə qabiliyyətini qiymətləndirmək, riskli hallarda prosesi dayandıraraq rəhbərliyi məlumatlandırmaq
- Kredit sənədlərinin tamlığını yoxlamaq və kredit paketinin düzgün formalaşdırılmasını təmin etmək
- Təsdiq olunmuş kreditlər üzrə müştəriləri məlumatlandırmaq və növbəti mərhələləri izah etmək
- Kredit verildikdən sonra müştərinin fəaliyyətinin monitorinqində iştirak etmək və kreditin məqsədli istifadəsini yoxlamaq
- Müştəri sorğularını operativ cavablandırmaq və yüksək xidmət keyfiyyətini təmin etmək
Tələblər
- Təhsil: Ali və ya Kollec təhsili;
- Təcrübə: Bank, bank olmayan kredit təşkilatı və ya lizinq şirkətlərində mikro və biznes kreditləri və ya müştəri xidmətləri sahəsində minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
- Kompüter bacarıqları: MS Office proqramlarıda sərbəst işləmək bacarığı;
- Sürücülük vəsiqəsi olan namizədlərə üstünlük verilir;
- Birbaşa müştəri cəlbi və kredit satışı üzrə praktiki təcrübə;
- Müştərinin gəlir və xərclərini qiymətləndirmək bacarığı;
- Müştəri ehtiyaclarını müəyyən etmək və uyğun həll etmək bacarığı;
- Kredit məhsulları, kredit siyasəti və kreditləşmə prosedurları üzrə prosedurları üzrə biliklər;
- Güclü satış, təqdimat və danışıqlar aparmaq bacarığı
- Analitik düşünmə və problem həlletmə bacarığı;
- Komandada işləmək və təşəbbüskarlıq bacarığı;
- Planlaşdırma, təşkilatçılıq və hesabatlılıq bacarığı.
Qeyd: sabit əmək haqqı+aylıq hədəflərə əsaslanan bonus sistemi
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Tibbi Sığorta (işçini əhatə edən)
- bonus sistemi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Kreditlərin yığımı üzrə mütəxəssis üzrə bazar adətən 500–1 200 ₼ ödəyir, median — 1 000 ₼.
5 açıq vakansiya, 14 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Kreditlərin yığımı üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
“FINCA Azerbaijan” icma əsaslı 17 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Bank və ya kredit təşkilatında minimum 1 il iş təcrübəsi tələb olunur.
Sabit əmək haqqı və aylıq hədəflərə əsaslanan bonus sistemi təklif olunur.
Namizədlər CV-lərini göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKreditlərin yığımı üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Kredit müraciətlərini qəbul edib təhlil edir, kredit sənədləşməsini aparır və portfeli idarə edir.
Problemli kreditlərin təhlili, borcalanlarla danışıqlar aparmaq və restrukturizasiya təklif etmək tələb olunur




