Gündəlik ödənişləri yoxlayır və təsdiqlənmiş sənədlər əsasında icra edir, mühasibatlıq bilikləri tələb olunur.
Vakansiya haqqında
Əsas vəzifələr
- İlkin mühasibat sənədlərinin (qaimə-fakturalar, elektron qaimə-fakturalar (EQF), təhvil-təslim aktları və s.) qəbulunu, vaxtında və düzgün qeydiyyatını, eləcə də dəqiqliyinin yoxlanılmasını təmin etmək;
- Kreditor borclarını mütəmadi izləmək, təchizatçılarla qarşılıqlı üzləşmə aktlarını hazırlamaq, imzalanmasını təmin etmək və hesablaşmaların düzgünlüyünə nəzarət etmək;
- Mühasibat və vergi uçotuna dair sənədləri qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyata almaq, sistemləşdirmək, mühafizə etmək və arxivləşdirmək;
- 1C proqramında gündəlik mühasibat əməliyyatlarını aparmaq və müvafiq məlumatları sistemə daxil etmək;
- Mühasibat və maliyyə fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2–3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının mühasibat və vergi uçotu üzrə qanunvericiliyinə dair biliklər;
- 1C, Microsoft Excel və Microsoft Word proqramlarında işləmək bacarığı;
- Azərbaycan dilini bilmək mütləqdir, ingilis və ya rus dili biliyi arzuolunandır;
- Şəxsi keyfiyyətlər: Analitik düşünmə, detallara diqqətlilik, məsuliyyətlilik və komandada işləmək bacarığı.
- Şirkət tərəfindən təmin olunan nahar;
- Könüllü tibbi sığorta;
- Peşəkar inkişaf və yaradıcılıq imkanları.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Minimum 2-3 il iş təcrübəsi tələb olunur.
İş saatları və günləri barədə məlumat verilməyib.
Əməkhaqqı barədə məlumat verilməyib.
CV göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKreditor borclar üzrə mühasib üzrə Bakıda digər açıq elanlar.
Mal-materialların uçotu və sənədlərin yoxlanılması üzrə köməkçi kimi işləyir, 1C proqramını bilir.
Maliyyə sənədlərini yoxlayır, maliyyə məlumatlarını qeyd edir və hesabatlar hazırlayır.
Gündəlik ödəniş əməliyyatlarını və mühasibatlıq proseslərini dəstəkləmək üçün təcrübəçi axtarılır.


