Aparıcı iqtisadçı (BRP sistemlərinin idarə olunması üzrə)

SOCAR

Vakansiya haqqında

SOCAR Baş ofis, BRP sistemlərinin idarə olunması şöbəsində aparıcı iqtisadçı vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • AR əmək haqqı sahəsinə aid qanunvericilik və biznes proseslərdə dəyişikliklərin sistemdə tətbiq edilməsi;
  • SAP ERP sistemindən istifadə zamanı yaranan problemlərin həllində istifadəçilərə dəstək göstərilməsi;
  • SAP ERP sistemində cari əməliyyatların işləkliyinin dəstəklənməsi, sistemin fasiləsiz işləməsinin təmin edilməsi;
  • SAP ERP sistemində hesabat formalarının hazırlanması, dəyişdirilməsi, məlumatların təqdim edilməsi;
  • Mövcud əməliyyat proseslərinin (AS-IS) izlənməsi və SAP best practice uyğun optimallaşdırma tədbirlərinin həyata keçirilməsi;
  • Digər sistemlərlə SAP ERP sisteminin inteqrasiyasına dəstək verilməsi;
  • SAP ERP sistemində icra olunan əməliyyatların daxili normativ sənədlərə uyğunluğunun yoxlanılması və risklərin azaldılması üçün nəzarət xarakterli yoxlamaların qoyulması;
  • SAP ERP sisteminin HCM modulu üzrə istifadəçi təlimatlarının hazırlanması;
  • Komanda üzvləri və digər biznes seqmentləri ilə sıx əməkdaşlıq edərək modullararası inteqrasiyanın ardıcıllığının dəstəklənməsi.

Namizədə tələblər:

  • Maliyyə, iqtisadiyyat, mühasibat uçotu, audit, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür);
  • Mühasibat və vergilər sahəsi üzrə 5 il iş təcrübəsi (ERP sistemləri üzrə tətbiq sahəsində minimum 2 il iş təcrübəsi);
  • AR əmək haqqı sahəsinə aid qanunvericilik, Əmək Məcəlləsi, Vergi Məcəlləsi, normativ-hüquqi aktlar üzrə biliklər;
  • SAP ERP sistemində iş təcrübəsi;
  • SAP ERP sisteminin HCM modulu üzrə biliklər (OM, PA. PY);
  • SAP HCM Əmək haqqı (Payroll) sertifikatı, SAP SuccessFactors sertifikatı, PMS (peşəkar mühasib sertifikatı), DipİFR üstünlük hesab olunur;
  • Azərbaycan və ingilis dillərini sərbəst bilmək.

Biz nə təklif edirik?

  • Peşəkar iş mühiti;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;
  • SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər;
  • Nəqliyyat xidmətləri.

İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan

Son müraciət tarixi: 10.11.2026

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, H.Əliyev prospekti 121, SOCAR Tower
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
30 oktyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
10 noyabr 2026
HRX ilə müraciət
1
Baxış
220

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Maliyyə analitiki üzrə bazar adətən 800–1 800 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

28 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Maliyyə analitiki kimi öz maaşını yoxla

Şirkət haqqında

SOCAR
Oil & Gas · 10,000+ employees · Bakı
SOCAR — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı şəhərində yerləşir.

Bakalavr dərəcəsi tələb olunur, magistr dərəcəsi üstünlükdür.

Mühasibat və vergilər sahəsində 5 il iş təcrübəsi tələb olunur, ERP sistemlərində isə minimum 2 il təcrübə tələb olunur.

SAP HCM Əmək haqqı sertifikatı, SAP SuccessFactors sertifikatı və PMS sertifikatı üstünlükdür.

Azərbaycan və ingilis dillərini sərbəst bilməlidir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Maliyyə analitiki üzrə Bakıda digər açıq elanlar.

Sedef Pharma MMC
Senior · 3–4 ilBakı
Maaş göstərilməyib

Maliyyə hesabatları və büdcələşdirmə üzrə işləyir, maliyyə təhlili bacarığı tələb olunur.

Financial ReportingBudgetingFinancial AnalysisBalance Sheet Preparation+15
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Aparıcı iqtisadçı (BRP sistemlərinin idarə olunması üzrə)
Müraciət et