Maliyyə modelinin idarə olunması və təkmilləşdirilməsi üzrə təcrübəli Financial Analyst axtarılır.
Vakansiya haqqında
- Cəmiyyətin illik büdcəsinin hazırlanması, konsolidasiyası və icrasına nəzarət etmək;
- Aylıq, rüblük və illik büdcə icra göstəricilərini təhlil etmək və rəhbərliyə təqdim etmək;
- Faktiki maliyyə nəticələrinin təsdiq edilmiş büdcə göstəriciləri ilə müqayisəli təhlilini həyata keçirmək;
- Büdcədən kənarlaşmaları müəyyən etmək, səbəblərini araşdırmaq və düzəldici tədbirlər üzrə təkliflər hazırlamaq;
- Şirkətin struktur bölmələri üzrə büdcə planlaması prosesini koordinasiya etmək;
- Əməliyyat və investisiya xərclərinin monitorinqini və maliyyə nəzarətini həyata keçirmək;
- Xərclərin optimallaşdırılması və səmərəliliyin artırılması istiqamətində təhlillər aparmaq və təkliflər vermək;
- Aylıq idarəetmə hesabatlarını, maliyyə təhlillərini və performans göstəricilərini hazırlamaq;
- Pul vəsaitlərinin hərəkəti, gəlirlik, rentabellik və xərc göstəriciləri üzrə təhlillər aparmaq;
- Maliyyə proqnozlarının hazırlanmasında və yenilənməsində iştirak etmək;
- Maliyyə risklərini müəyyən etmək, qiymətləndirmək və risklərin azaldılması üzrə təkliflər hazırlamaq;
- ERP sistemlərində maliyyə məlumatlarının düzgünlüyünə nəzarət etmək və analitik məlumat bazalarının formalaşdırılmasını təmin etmək;
- Audit, büdcə və maliyyə yoxlamaları zamanı tələb olunan məlumat və hesabatları təqdim etmək;
- Şirkətdə tətbiq olunan maliyyə siyasətlərinə, prosedurlara və daxili nəzarət qaydalarına riayət olunmasını təmin etmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Maliyyə analitiki üzrə bazar adətən 800–2 250 ₼ ödəyir, median — 1 500 ₼.
31 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Maliyyə analitiki kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaliyyə analitiki üzrə Mingəçevir şəhərində digər açıq elanlar.
Maliyyə təhlili və büdcə üzrə işləyir, 1C ERP və Excel bilikləri tələb olunur.
Maliyyə hesabatlarının hazırlanması və təhlili ilə məşğul olur, yüksək analitik bacarıq tələb olunur.
Layihə kreditlərinin təhlilini aparır və maliyyə modelləşdirmə bacarığı tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




