Aparıcı mütəxəssis / Maliyyə şöbəsi

AzerGold

Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 iyul 2026
Dillər
Azerbaijani, English

Vakansiya haqqında

Cəmiyyətin əsas fəaliyyət istiqamətlərini (əməliyyat, maliyyə və s.) özündə əks etdirən konsolidə edilmiş İdarəetmə Hesabatının hazırlanması (Developer alətlərindən də istifadə etməklə Excel üzərində dinamik dashboard formatında).Müxtəlif əməliyyat və maliyyə göstəriciləri üzrə müqayisəli təhlillərin aparılması (Plan-Fakt təhlilləri).İdarəetmə Hesabatlarının optimallaşdırılması və vizuallaşdırılması istiqamətində işlərin icrasını həyata keçirmək; potensial həll yolları və alətlər haqqında araşdırmaların aparılması.Cəlb olunan məsləhətçilərin iştirakı ilə mövcud İdarəetmə Hesabatlarının BI alətlərinə (Power BI və ya Tableau) inteqrasiyasını həyata keçirmək, prosesi idarə etmək, BI alətlərinə keçid prosesini Cəmiyyət və Məsləhətçi arasında koordinasiya etmək.Cəmiyyətin müxtəlif yataqlarının (standalone) rentabelliyinin qiymətləndirilməsində (DCF valuation) və Maliyyə Modellərinin hazırlanmasında dəstək vermək; Müxtəlif mənbələrdən (açıq mənbələr, Cəmiyyətin müxtəlif struktur bölmələri, Cəmiyyətin törəmə müsəsisələri, cəlb edilmiş beynəlxalq məsləhətçilər və s.) geoloji, hasilat, maliyyə və s. kimi müxtəlif inputların əldə edilməsi, təhlil edilməsi və tələb olunduğu qaydada təmin edilməsiBütün layihələrin ayrılıqda (standalone), Cəmiyyətin isə bütövlükdə qiymətləndirilməsini özündə əks etdirən inteqrə edilmiş dinamik Strateji Maliyyə Modelinin hazırlanmasında dəstək göstərmək.Cəmiyyətin biznes inkişafı layihələri çərçivəsində yeni gəlir istiqamətləri və potensial əməkdaşlıqlarla bağlı ilkin qiymətləndirmə (due diligence, DCF valuation ) işlərinin həyata keçirilməsində dəstək vermək (müxtəlif dataların sorğulanması, araşdırılması, təhlili və s.). Xüsusi tələblər Azərbaycan və ingilis dilləri səlis;Microsoft Excel proqramında yüksək səviyyədə bilik və praktiki təcrübə (mürəkkəb formulalar, Form Controls və digər Developer alətləri ilə işləmək bacarığı);Microsoft PowerPoint proqramında işləmək bacarığı;ACCA (F2 və F3 sertifikatları minimum tələbdir)Korporativ maliyyə sahəsində biliklər;BI alətlərində (Power BI və ya Tableau) təcrübənin olması üstünlükdür.Əməkdaşlıq,məsuliyyət, dürüstlük,nəticəyönümlülük,təşəbbüskarlıq,təşkilatı anlama,çeviklik, problem həll etməTələb olunan təhsil və iş təcrübəsi:Maliyyə, İqtisadiyyat, Biznes sahələri üzrə Ali təhsil;Müvafiq sahə üzrə (maliyyə analizi, idarəetmə, analitik hesabatların hazırlanması və s.) ən azı 2 il iş təcrübəsiİş qrafiki:Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Aparıcı mütəxəssis / Maliyyə şöbəsi
Müraciət et