Financial ModelingPower BITableau
Yerləşmə
Azərbaycan
Təcrübə
1–2 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 iyun 2026
Dillər
Azerbaijani, English
Son tarix
22 iyul 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Layihələr üzrə kommersiya məlumatlarının toplanması, təhlili və rəhbərliyə təqdim edilməsi;
- Gündəlik, həftəlik və aylıq progress hesabatlarının hazırlanması və optimallaşdırılması;
- BOQ, müqavilə öhdəlikləri, dəyişiklik sifarişləri və faktiki xərclərin təhlilinin aparılması;
- Layihələrin büdcə icrasına nəzarət etmək, kənarlaşmaları müəyyənləşdirmək və təkliflər vermək;
- Kommersiya göstəriciləri üzrə dashboard və KPI hesabatlarının hazırlanması;
- Müxtəlif departamentlərlə koordinasiyalı işləyərək məlumat axınının effektivliyini təmin etmək;
- Kommersiya risklərinin müəyyənləşdirilməsi və onların minimallaşdırılması üçün təkliflər vermək;
- Yeni ERP sisteminin tətbiqi prosesində iştirak etmək, biznes tələblərinin sistemdə düzgün əks olunmasını yoxlamaq;
- ERP sistemində aparılan yeniliklərin, funksionallıqların və proseslərin test edilməsini həyata keçirmək;
- ERP sisteminin kommersiya və layihə idarəetmə proseslərinə uyğunluğunu davamlı olaraq qiymətləndirmək;
- Rəhbərlik üçün strateji qərarların qəbulunu dəstəkləyən analitik hesabatlar hazırlamaq.
Tələblər:
- Excel üzrə yüksək səviyyədə bilik və mürəkkəb hesabatların hazırlanması bacarığı (Power Query, Power Pivot üstünlükdür);
- Power BI, SQL, Tableau və digər analitik alətlərlə işləmə təcrübəsi;
- Kommersiya, maliyyə və ya layihə idarəetməsi sahəsində minimum 1-2 il iş təcrübəsi;
- ERP sistemləri ilə işləmə təcrübəsi;
- Tikinti və ya infrastruktur layihələri sektorunda təcrübə — üstünlükdür.
- Güclü analitik və strateji düşüncə qabiliyyəti;
- Müstəqil işləmə, prioritetlər müəyyənləşdirmə və deadline idarəetməsi;
- Böyük həcmli məlumatların təhlili və strukturlaşdırılması bacarığı;
- Komanda içində mentorluq rolu üstlənmə istəyi.
Əlavə məlumat:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək Haqqı: müsahibə əsasında təyin edilir
- İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C
Şirkət haqqında
Avant Construction
Baku
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Big Data TechnologiesApache SparkData Analysis
Financial ModelingBudgetingFinancial Analysis
Data AnalysisInventory ManagementPower Query



