Layihə kreditlərinin təhlili şöbəsinin mütəxəssisi

ABB

Vakansiya haqqında

Görəcəyiniz işlər:

  • Bankın daxili qayda və təlimatlarına uyğun layihə maliyyələşdirilməsi kreditləri üzrə Banka daxil olan kredit sifarişlərini təhlil etmək (müştərinin biznes fəaliyyəti ilə bağlı sahələrinə baxış keçirmək daxil olmaqla), qiymətləndirmək, və onlara dair rəy hazırlamaq, habelə həmin sifarişlərin icrasına dair qərarların qəbul edilməsi məqsədilə keçirilən müzakirələrdə müvafiq rəyi təqdim etmək;
  • Layihə kreditləri üzrə kredit memorandumunun hazırlanması zamanı məlumatlar üzrə əlavə dəqiqləşdirmələrə zərurət yarandıqda, müştərinin müvafiq nümayəndəsindən əlavə məlumatları və sənədləri tələb etmək;
  • Layihə kreditləri üzrə kredit əqdinin qüvvədə olduğu müddət ərzində layihənin bütün mərhələlərinin mütəmadi izlənilməsini və təhlilini həyata keçirmək, zəruri hallarda bu istiqamətdə Bankın müvafiq struktur bölmələri ilə müzakirələr aparmaq, bununla bağlı müvafiq təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim etmək;
  • Risklərin idarə edilməsinə məsul struktur bölmə ilə birlikdə Bankın kredit portfelində mövcud olan layihə kreditlərinin mütəmadi monitorinqinin həyata keçirilməsində iştirak etmək;
  • Layihə kreditləri üzrə tələb olunan hesabatları (məlumatları) təqdim etmək;
  • Səlahiyyətləri daxilində dövlət qurumlarının müvafiq struktur bölmələri, o cümlədən yerli və xarici maliyyə qurumları və iqtisadi məsələlərin təhlili ilə məşğul olan yerli və xarici məsləhətçilər ilə müzakirələr aparmaq, görüşlər keçirmək və əməkdaşlıq etmək;
  • Layihə kreditləri sahəsində araşdırmalar və tədqiqatlar aparmaq və zəruri hallarda bu istiqamətdə beynəlxalq və yerli məsləhətçilərin xidmətlərini istifadə etməkdir.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə (maliyyə, mühasibatlıq, iqtisadiyyat, biznesin idarə edilməsi və ya digər əlaqəli ixtisas);
  • Maliyyə sektoru sahəsində ən az 3 il iş təcrübəsinə;
  • CFA, FRM, ACCA və ya CIMA sertifikatlarına;
  • Əla səviyyədə azərbaycan dili və ingilis dili, yaxşı səviyyədə rus dili bacarıqlarına;
  • MS Office proqramlarından (xüsusilə MS Excel) müstəsna istifadə qabiliyyətinə;
  • Maliyyə modelləşdirməsi və təhlili üzrə təcrübəyə;
  • Bazar araşdırması və iqtisadi təhlil bacarıqlarına;
  • Problemləri həll etmə və qərarvermə bacarıqlarına;
  • Vaxtın idarə edilməsi və tapşırıqların prioritetləşdirilməsi bacarıqlarına;
  • Əla səviyyədə kommunikasiya və təqdimat bacarıqlarına sahib olan şəxsdir.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, 67 Nizami street
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
8 oktyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
30 noyabr 2026
Baxış
13

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Maliyyə analitiki üzrə bazar adətən 800–2 250 ₼ ödəyir, median — 1 256 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

32 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Maliyyə analitiki kimi öz maaşını yoxla

Şirkət haqqında

ABB
Banking · 1001-5000 · Baku
ABB — bütün vakansiyalar

ABB (Azərbaijan Beynəlxalq Bankı / The International Bank of Azerbaijan) — the largest bank in Azerbaijan by assets, with the country's widest branch and ATM network. Offers retail, corporate, SME and digital banking services.

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

Minimum 3 il iş təcrübəsi tələb olunur.

CFA, FRM, ACCA və ya CIMA sertifikatları tələb olunur.

Xüsusilə MS Excel proqramından müstəsna istifadə bacarığı tələb olunur.

Azərbaycan və ingilis dillərini əla səviyyədə, rus dilini yaxşı səviyyədə bilməlidir.

Maliyyə modelləşdirməsi, bazar araşdırması, iqtisadi təhlil, problemlərin həlli və vaxtın idarə edilməsi bacarıqları tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Maliyyə analitiki üzrə Bakıda digər açıq elanlar.

British American Tobacco
Middle · 3–5 ilBakı
Maaş göstərilməyib

Maliyyə analitiki kimi təchizatçı ödənişlərini və 1C/SAP-də uçotu idarə edir.

1CSAPVAT ReportingStatistical Reporting+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Layihə kreditlərinin təhlili şöbəsinin mütəxəssisi
Müraciət et