Maliyyə menecmenti departamentinin aktiv və passivlərin idarə edilməsi şöbəsinin baş mütəxəssisi

Life at Bir

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
8 may 2026
Dillər
Azerbaijani, English

Vakansiya haqqında

Ümumi məlumat

Birbankın Maliyyə menecmenti departamentinin Aktiv və passivlərin idarə edilməsi şöbəsinin baş mütəxəssisi rolunda bankın likvidlik vəziyyətini, aktiv-passiv strukturunu və maliyyə risklərini analitik yanaşma və statistik modellər əsasında effektiv şəkildə idarə edə bilən peşəkar axtarırıq.

Öhdəliklər

Riyazi və statistik metodlardan istifadə etməklə APİE üzrə hesabatların hazırlanması, məlumatların analizi və nəticələrin interpretasiyasının aparılması;

Bankın aktiv və öhdəliklərinin strukturunun təhlili, likvidlik riskinin qiymətləndirilməsi və pul axınlarının mütəmadi izlənməsi;

Likvidlik göstəricilərinin və normativ tələblərə uyğunluğun dövri olaraq monitorinqi və nəticələr barədə rəhbərliyə hesabat verilməsi;

Aktiv və passivlərin idarə edilməsi üzrə strategiyaların icrasında iştirak və təkmilləşdirilməsi üçün analitik dəstəyin göstərilməsi;

APİK-ə təqdim edilən dövri və ad-hoc hesabatların, təqdimat materiallarının hazırlanması və keyfiyyətinə nəzarət edilməsi;

Bankın balans idarəetməsi, faiz riskləri və likvidlik mövqeyi ilə bağlı təhlillərin aparılması və tövsiyələrin hazırlanması.

Tələblər

Maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;

Likvidlik idarəetməsi, balans strukturu və faiz riskləri üzrə anlayış;

Bank və ya maliyyə sektorunda aktiv və passivlərin idarə edilməsi, risk analitikası və ya maliyyə təhlili sahəsində minimum 3 il iş təcrübəsi;

Excel (yüksək səviyyə), SQL və ya digər data analiz alətləri üzrə biliklər;

CFA (Chartered Financial Analyst) və ya ekvivalent beynəlxalq maliyyə sertifikatlarının (FRM və s.) mövcudluğu üstünlükdür;

Statistik və maliyyə modelləşdirmə bacarığı;

Bank daxili hesabat sistemləri və BI alətləri ilə işləmə təcrübəsi;

Yüksək səviyyədə Azərbaycan dili və ingilis dili bilikləri;

Güclü analitik düşünmə və riyazi/statistik təhlil bacarığı;

Riskləri qiymətləndirmə və nəticələr əsasında tövsiyə vermə qabiliyyəti;

Detallara diqqət və yüksək dəqiqliklə işləmə bacarığı;

Prioritetləri düzgün müəyyən etmə və vaxtı effektiv idarə etmə bacarığı;

Komanda ilə işləmə və kommunikasiya bacarığı;

Yüksək məsuliyyətlilik və təşəbbüskarlıq;

Şirkət haqqında

Life at Bir
Financial Services · 5,001-10,000 · Bakı

Bir fürsətdir

Life at Bir — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Maliyyə menecmenti departamentinin aktiv və passivlərin idarə edilməsi şöbəsinin baş mütəxəssisi
Müraciət et