Vakansiya haqqında

SOCAR-da karyeranıza doğru ilk addım

Vakansiyanın təsviri:

Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, idarəetmə aparatı

İdarəsiStruktur vahidi: Maliyyə nəzarəti şöbəsi

Vəzifənin adı: Aparıcı iqtisadçı

Dərəcə (ƏÖD): 15

Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.

İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)

İş yerinin ünvanı: Xətai rayonu, Yusif Səfərov 35.

Vəzifə funksiyaları:
  • Satınalma tələblərinin, müqavilə və ödəniş sənədlərinin büdcə təminatı, iqtisadi səmərəlilik, biznes ehtiyacı və təsdiq səlahiyyətləri üzrə yoxlamaq;

  • Əməliyyat (OPEX) və kapital (CAPEX) xərclərin düzgün təsnifatına, büdcə limitlərinə və vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək;

  • Maliyyə və idarəetmə hesabatlarının düzgünlüyünü, hesab qalıqlarını və məlumat mənbələri arasında uzlaşmaları yoxlamaq;

  • Debitor və kreditor borclarının, ehtiyatların və pul axınlarının monitorinqi, əlaqəli maliyyə risklərini qiymətləndirmək;

  • Daxili nəzarət prosedurlarını qiymətləndirmək, nəzarət boşluqlarını aşkarlamaq və təkmilləşdirmə təkliflərini hazırlamaq;

  • Maliyyə proseslərinin və prosedurlarının işlənib hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;

  • Struktur bölmələrdən əsaslandırmaları almaq, rəhbərliyə dövri maliyyə nəzarəti hesabatları və əsaslandırılmış rəyləri təqdim etmək;

  • Xərc təşəbbüslərinin biznes əsaslandırmasını təhlil etmək: xərcin zəruriliyini, müəssisəyə gətirəcəyi faydanı və alternativ variantları qiymətləndirmək;

  • Xərclərin daxili siyasət və prosedurlara uyğun düzgün hesablanmasını və bölüşdürülməsini yoxlamaq;

  • İnvestisiya layihələrinin iqtisadi səmərəliliyini (NPV, IRR, geri ödəmə müddəti və s.), strateji prioritetlərə və biznes ehtiyacına uyğunluğunu layihə icarasından əvvəl və icra mərhələsində qiymətləndirmək;

  • Xərclərə və büdcənin icrasına nəzarət etmək, plan-fakt kənarlaşmalarını təhlil edərək səbəblərini müəyyənləşdirmək və rəhbərliyə məlumat vermək;

  • Müəssisənin xərclər strukturunun (CAPEX/OPEX) təhlili və optimallaşdırılması üzrə təkliflər hazırlamaq;

  • Audit yoxlamaları və daxili nəzarət proseslərində şöbə rəisinə metodiki və analitik dəstək göstərmək.

Bilməlidir:
  • Maliyyə nəzarəti və daxili nəzarət prinsiplərini;
  • MHBS (IFRS) prinsipləri, P&L, balans və pul axını hesabatlarının qarşılıqlı əlaqəsi, onların oxunması və interpretasiyasını;
  • Xərc uçotu, maya dəyəri, CAPEX/OPEX təsnifatı və dövriyyə kapitalının idarə edilməsi;
  • Satınalma, müqavilə və ödəniş proseslərində maliyyə nəzarəti mexanizmlərini;
  • İnvestisiya layihələrinin səmərəlilik təhlillərinin aparılmasını;
  • İngilis dili — peşəkar səviyyədə (maliyyə sənədləri və işgüzar yazışmalar);
  • MS office proqramları (Word, excel – peşəkar səviyyə).
Təhsil və iş təcrübəsinə dair tələblər:
  • Təhsil: Bakalavr təhsili;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 4 il iş təcrübəsi;
  • Müvafiq sahə üzrə iş təcrübəsi dedikdə - maliyyə nəzarəti, maliyyə təhlili, audit və ya maliyyə hesabatlılığı üzrə üzrə iş təcrübəsi nəzərdə tutulur.
  • ACCA, CFA, CIMA və ya CIA üzrə sertifikat və ya müvafiq imtahanların tamamlanması üstünlükdür.
  • Böyük müəssisələrdə və ya “Big 4” audit şirkətlərində təcrübə üstünlükdür.

Digər məlumatlar:

  • Tibbi sığorta: təmin edilir;
  • İş yerinə çatdırılma: təmin edilmir.
  • Son müraciət tarixi: 08.11.2026

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Xətai rayonu, Yusif Səfərov 35
Təcrübə
4+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
30 oktyabr 2026
Dillər
English
Son tarix
8 noyabr 2026
Baxış
137

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Maliyyə direktoru üzrə bazar adətən 1 200–4 500 ₼ ödəyir, median — 3 250 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

3 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Maliyyə direktoru kimi öz maaşını yoxla

Şirkət haqqında

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

Tam iş vaxtı, həftədə 5 iş günü, 40 saatdır.

Əmək haqqı 2.183,00 manatdır, vergi və digər ödənişlər daxil olmaqla.

Xətai rayonu, Yusif Səfərov 35 ünvanında yerləşir.

Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi tələb olunur.

Bakalavr təhsili tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Maliyyə direktoru üzrə Bakıda digər açıq elanlar.

Primeline MMC
ManagerBakı
Maaş göstərilməyib

Maliyyə hesabatlarının hazırlanmasını və maliyyə təhlilini aparır, maliyyə idarəetməsi bacarığı tələb olunur.

Financial ReportingProfit and Loss AnalysisCash Flow ManagementBudgeting+9
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Anonim işəgötürən
Manager · 8+ ilBakı
Maaş göstərilməyib

Şirkətin maliyyə strategiyasını idarə edir və maliyyə sahəsində ən azı 8 il təcrübəsi olur.

Profitability AnalysisFinancial Risk ManagementBudgetingFinancial Planning+16
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Karat Holding
Middle · 3+ ilBakı
700–1 200₼

Maliyyə və əməliyyat fəaliyyətlərini yoxlamaq və riskləri qiymətləndirmək üçün daxili auditor tələb olunur

Financial auditOperational AuditRisk AssessmentAudit Planning+7
Müraciət et
Agro-West DC MMC
Middle · 3+ ilBakı
1 300–1 500₼

Mühasibatlıq əməliyyatlarını aparır, vergi hesabatlarını hazırlamaq üçün 1C və Excel bacarığı tələb olunur

Accounting1CFinancial ReportingTax Reporting+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Aparıcı iqtisadçı
Müraciət et