Vakansiya haqqında

Əsas vəzifələr

  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasını və düzgünlüyünü təmin etmək.
  • Mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti və balans hesabatlarının tərtibinə nəzarət etmək.
  • Tikinti layihələri, fəaliyyət istiqamətləri və istehsalat bölmələri üzrə gəlirlilik hesabatlarını hazırlamaq və təhlil etmək.
  • Planlaşdırılmış və faktiki maliyyə göstəricilərini müqayisə etmək, kənarlaşmaların səbəblərini müəyyənləşdirmək.
  • Şirkət rəhbərliyi üçün maliyyə təhlilləri, idarəetmə hesabatları və müvafiq analitik məlumatlar hazırlamaq.
  • Əməliyyat xərclərinin və kapital qoyuluşlarının düzgün təsnifləşdirilməsini təmin etmək.
  • Birbaşa və dolayı xərcləri müəyyənləşdirmək, onların müvafiq layihələr, məhsullar və xərc mərkəzləri üzrə bölüşdürülməsinə nəzarət etmək.
  • Xərclərin təsdiq edilmiş büdcələrə uyğunluğunu yoxlamaq və kənarlaşmaları təhlil etmək.
  • Material, əməkhaqqı, avadanlıq, subpodrat və digər xərclərin maya dəyərində düzgün əks etdirilməsinə nəzarət etmək.
  • Planlaşdırılmış və faktiki maya dəyəri göstəricilərini müqayisə etmək, fərqlərin səbəblərini araşdırmaq.
  • Layihələr və məhsullar üzrə mənfəətlilik və rentabellik göstəricilərini hesablamaq və təhlil etmək.
  • Şirkət üzrə illik büdcələrin və ayrı-ayrı layihələr üzrə maliyyə büdcələrinin hazırlanmasını təşkil etmək.
  • Pul vəsaitlərinin hərəkətini proqnozlaşdırmaq və pul axınlarının idarə edilməsinə nəzarət etmək.
  • Maliyyə risklərini müəyyənləşdirmək, qiymətləndirmək və onların azaldılması üçün tədbirlər hazırlamaq.
  • Maliyyə proseslərinin təkmilləşdirilməsi və daxili nəzarət mexanizmlərinin gücləndirilməsi üzrə təkliflər vermək.
  • Digər struktur bölmələri ilə əməkdaşlıq edərək maliyyə məlumatlarının düzgün və vaxtında toplanmasını təmin etmək.
  • Şirkətin maliyyə göstəricilərinin yaxşılaşdırılmasına yönəlmiş layihə və təşəbbüslərdə iştirak etmək.

Tələblər

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil.
  • Maliyyə idarəetməsi, büdcələşdirmə, maliyyə təhlili və idarəetmə hesabatlarının hazırlanması sahəsində müvafiq iş təcrübəsi.
  • Tikinti və/və ya istehsalat sahəsində təcrübəyə üstünlük verilir.
  • Mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti və balans hesabatlarının hazırlanması və təhlili üzrə biliklər.
  • Xərclərin uçotu, bölüşdürülməsi və maya dəyərinin hesablanması üzrə praktiki biliklər.
  • Büdcə planlaşdırılması, maliyyə proqnozlaşdırılması və rentabellik təhlili bacarığı.
  • MS Excel və maliyyə hesabatlarının hazırlanmasında istifadə olunan proqramlarla işləmək bacarığı.
  • Analitik düşünmə, sistemli yanaşma və qərarvermə bacarığı.
  • Yüksək məsuliyyət, dəqiqlik, təşkilatçılıq və komanda ilə işləmək bacarığı.
  • Əməkhaqqı: Rəqabətli əmək haqqı;
  • İş yeri: Elmlər Akademiyasının yaxınlığında yerləşir.
  • İş qrafiki: 5 günlük iş həftəsi;

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Elmlər Akademiyasının yaxınlığı
Təcrübə
Lead / Head
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 oktyabr 2026
Son tarix
20 noyabr 2026
HRX ilə müraciət
3
Baxış
188

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Maliyyə direktoru üzrə bazar adətən 1 200–3 500 ₼ ödəyir, median — 3 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

1 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Maliyyə direktoru kimi öz maaşını yoxla

Şirkət haqqında

Primeline MMC
Human resource consulting · 11-50 · Baku
Primeline MMC — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

Elmlər Akademiyasının yaxınlığında yerləşir.

5 günlük iş həftəsidir.

Rəqabətli əmək haqqı təklif olunur.

Namizəd CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Maliyyə direktoru üzrə Bakıda digər açıq elanlar.

Sabah Hub
Manager · 5+ ilBakı
Maaş göstərilməyib

Maliyyə əməliyyatlarını idarə edir və maliyyə hesabatları, büdcə tərtibatı bacarığı tələb olunur.

Financial ReportingBudgetingForecastingCash Flow Management+7
Müraciət et
Zarat Group Company
Senior · 3+ ilBakı
1 500–1 800₼

Mühasibat uçotunu aparır, maliyyə hesabatlarını hazırlayır və 3 il təcrübəsi tələb olunur.

AccountingFinancial ReportingCost AccountingResponsibility+10
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Maliyyə direktoru
Müraciət et