Maliyyə idarəetməsi şöbəsini idarə edir, maliyyə analizində və PMS sertifikatında təcrübə tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Şirkətin maliyyə nəzarəti və kommersiya analitikası funksiyalarını təşkil etmək, rəhbərliyə dövri idarəetmə hesabatları təqdim etmək.
- Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil etmək, kənarlaşmaları müəyyənləşdirmək və düzəldici tədbirlər üzrə təkliflər hazırlamaq.
- Məhsullar üzrə satış qiymətlərinin və marjaların hesablanmasına nəzarət etmək, məhsul, kateqoriya, mağaza və təchizatçı üzrə gəlirlilik təhlillərini aparmaq.
- Təchizatçılarla bağlanmış müqavilələrin kommersiya şərtlərini təhlil etmək, müqavilə reyestrini, bonusların (rebate), marketinq dəstəklərinin və digər kommersiya gəlirlərinin hesablanması və uçotunu nəzarətdə saxlamaq.
- Trade spend, promo xərcləri və digər kommersiya investisiyalarının səmərəliliyini qiymətləndirmək, xərclərin optimallaşdırılması və gəlirliliyin artırılması üzrə təkliflər vermək.
- Büdcə, maliyyə proqnozları və maliyyə modellərinin hazırlanmasında iştirak etmək, əsas maliyyə və kommersiya göstəricilərini mütəmadi izləmək.
- Şirkətin biznes proseslərini və prosedurlarını təhlil etmək, onların hazırlanması, yenilənməsi və təkmilləşdirilməsini təşkil etmək, daxili qaydalara və nəzarət mexanizmlərinə əməl olunmasını təmin etmək.
- Maliyyə əməliyyatlarının, sənədləşmənin və kommersiya məlumatlarının düzgünlüyünə, daxili prosedurlara və qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək.
- ERP sistemi üzərindən maliyyə dövrünün bağlanmasını, hesabların uzlaşdırılmasını və maliyyə məlumatlarının vaxtında və düzgün yekunlaşdırılmasını koordinasiya etmək.
- Balans hesablarını, gəlir və xərc maddələrini, ehtiyatları, debitor və kreditor borclarını təhlil etmək, maliyyə və əməliyyat risklərini müəyyənləşdirmək.
- Daxili və xarici audit proseslərində iştirak etmək, tələb olunan məlumatların və izahların hazırlanmasını təmin etmək.
- Satınalma, Maliyyə, Kateqoriya İdarəetməsi, Anbar və digər aidiyyəti şöbələrlə əməkdaşlıq edərək maliyyə və kommersiya məlumatlarının düzgünlüyünü və proseslərin səmərəliliyini artırmaq.
- Şöbənin fəaliyyətini planlaşdırmaq, əməkdaşlar arasında iş bölgüsünü aparmaq, tapşırıqların icrasına nəzarət etmək və komandanın peşəkar inkişafını dəstəkləmək.
- Rəhbərlik tərəfindən verilən maliyyə təhlili, biznes əsaslandırmaları və digər aidiyyəti tapşırıqları yerinə yetirmək.
- Rəhbərlik tərəfindən tələb olunan xüsusi maliyyə təhlillərini, biznes əsaslandırmalarını və qərarverməyə dəstək materiallarını hazırlamaq.
- Xərclərin optimallaşdırılması, gəlirliliyin artırılması və əməliyyat effektivliyinin yüksəldilməsi istiqamətində təşəbbüslər irəli sürmək və icrasını izləmək.
- Şirkətin strateji məqsədlərinə uyğun olaraq maliyyə nəzarəti və biznes proseslərin davamlı təkmilləşdirilməsi üzrə layihələrdə iştirak etmək.
Namizədə tələblər
- Ali təhsil (Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə)
- Müvafiq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi
- Komandaları idarə etmə və maliyyə proseslərini effektiv şəkildə idarə etmək üçün maliyyə menecmentində ixtisaslaşma.
- Qərarvermə və problemləri həll etmə bacarığı
- Vaxtın və resursların effektiv idarə etmə bacarığı
- Strateji düşünmə və planlaşdırma bacarığı
- Güclü analitik düşüncə, detallara diqqət, vaxtın idarə edilməsi, nəticə yönümlülük
- MS Excel üzrə yaxşı səviyyə
- Nəticəyə yönümlülük və güclü təşkilatçılıq bacarığı
- Komanda idarəçiliyi, ünsiyyət və liderlik bacarıqları
Digər məlumatlar:
- Əmək bazarına uyğun rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi
- Yanacaq kartı
- Nahar ilə təminat
- Könüllü tibbi sığorta paketi
- Korporativ mobil nömrə və aylıq danışıq limiti
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Biznesə nəzarət şöbə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Maliyyə meneceri üzrə bazar adətən 2 000–3 000 ₼ ödəyir, median — 2 000 ₼.
15 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Maliyyə meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
“Veysəloğlu-Rossmann” ölkəmizdə Almaniyanın “Rossmann” firmasının sağlamlıq və şəxsi qulluq məhsullarının “Rossmann” brendli mağazalar vasitəsilə satışını həyata keçirir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Müvafiq sahədə minimum 5 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi tələb olunur.
Ali təhsil Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə olmalıdır.
İş saatları və günləri barədə məlumat verilməyib.
"Biznesə nəzarət şöbə müdiri" adını mövzu hissəsində qeyd etməklə CV göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaliyyə meneceri üzrə Bakıda digər açıq elanlar.
Şirkətin maliyyə strategiyasını hazırlayır, maliyyə hesabatlarını və vergi bəyannamələrini idarə edir, 3-5 il təcrübə tələb olunur.
Maliyyə əməliyyatlarını idarə edir və maliyyə hesabatları, büdcə tərtibatı bacarığı tələb olunur.
Maliyyə planlaşdırılması və büdcə təhlili aparır, maliyyə menecmentində təcrübə tələb olunur




