Vakansiya haqqında

Boranı Restoranı Maliyyə şöbəsinin müdiri vakansiyasını elan edir.

Eyni vəzifə üzrə həm Bakı,həm də Region üçün ayrıca əməkdaşlar axtarılır.

İşin təsviri

  • Maliyyə rəhbəri, şirkətin bütün maliyyə, uçot və nəzarət proseslərini idarə edir. O, daxili maliyyə strukturunun qurulması, xərclərin optimallaşdırılması, maya dəyərinin analizi və gəlirliliyin artırılması üçün strateji qərarların qəbul edilməsinə cavabdehdir.

Əsas vəzifə öhdəlikləri

  • Büdcə və planlaşdırma - Şirkətin ümumi və struktur bölmələrinin illik/aylıq büdcələrini hazırlamaq və icrasına nəzarət etmək;
  • Maya dəyəri və xərc nəzarəti - Food Cost (maya dəyəri) və Labor Cost (işçi qüvvəsi xərci) göstəricilərini mütəmadi analiz etmək;
  • Cash Flow idarə edilməsi - Nağd və nəğdsiz pul vəsaitlərinin hərəkətinə günlük, həftəlik və aylıq nəzarət etmək;
  • Maliyyə hesabatlılığı - P&L (Mənfəət və Zərər), balans və digər idarəetmə hesabatlarını tərtib edərək rəhbərliyə təqdim etmək;
  • Anbar və istehsalat auditi - Anbar logistikasının, daxili mal hərəkətinin və tədarükçü müqavilələrinin maliyyə auditi və nəzarətini həyata keçirmək;
  • İnventarizasiya nəzarəti - Dövrü daxili sayımların nəticələrini təhlil etmək, xammal itkilərini və kənarlaşmaları araşdırmaq;
  • Vergi və qanunvericilik - Vergi və digər rəsmi hesabatların düzgün və vaxtında təqdim olunmasını təmin etmək.

Tələb olunan bilik və bacarıqlar

  • Sektor təcrübəsi - HoReCa (Restoran/Otel) sahəsində minimum 5 il maliyyə rəhbəri təcrübəsi;
  • Təhsil - Maliyyə, iqtisadiyyat və ya mühasibat uçotu üzrə ali təhsil;
  • Sistem bilikləri - Restoran idarəetmə sistemləri (iiko və ya r-keeper), həmçinin 1C proqramında mükəmməl işləmək bacarığı;
  • Məlumat analizi - MS Excel proqramını yüksək səviyyədə bilmək, maliyyə modelləri və idarəetmə panelləri (Dashboard) qura bilmək, güclü analitik düşünmə, riyazi hesablama və maliyyə təhlili bacarıqları;
  • Sertifikatlar - PMS (Peşəkar mühasib sertifikatı) və ya beynəlxalq ACCA sertifikatları (xüsusilə F2, F3) üstünlükdür;
  • İdarəetmə bacarığı - Güclü ünsiyyət və komandada işləmə bacarığı;
  • Dil biliyi - Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, əcnəbi dil biliyi üstünlükdür.

İş şəraiti və təminatlar

  • Müasir və korporativ iş mühiti, peşəkar komanda;
  • Nahar yeməyi;
  • Restoran daxilində 300 AZN məbləğində şəxsi ödənməz və endirimlər;
  • Geniş paketli Könüllü Tibbi Sığorta;
  • Korporativ nömrə;
  • İş rejimi - 6 günlük (I-V günlər 09:00-17:00, VI gün 09:00-14:00);
  • İş yeri – Bakı şəhəri, Babək Plaza.
  • Rəqabətqabiliyyətli əməkhaqqı (namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin ediləcək)

Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində “Maliyyə rəhbəri” (Bakı və ya Region) qeyd etməklə CV (yalnız azərbaycan dilində) göndərə bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
5 avqust 2026
Dillər
Azerbaijani
Son tarix
5 sentyabr 2026

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

2 000–2 500

Şirkətin maliyyə fəaliyyətini idarə edir və maliyyə planlaşdırma bacarığı tələb olunur

Financial AnalysisBudgetingFinancial PlanningFinancial Reporting+10
Müraciət etAsan müraciətAsan müraciət
Buta Park
Senior · 3–5 ilBakı
1 000–1 500

Mühasibat və vergi uçotunu aparır, maliyyə hesabatları hazırlamaq bacarığı tələb olunur.

AccountingFinancial ReportingBudgetingInventory Management+8
Müraciət etAsan müraciətAsan müraciət
Aydınoğlu ACD MMC
Senior · 5–10 ilBakı
2 500–3 500

Tikinti sektorunda mühasibat uçotunu idarə edir və 5 ildən çox təcrübə tələb olunur

AccountingFinancial ReportingBudgeting1C 8.3+14
Müraciət etAsan müraciətAsan müraciət
AZMDF LTD MMC
Senior · 5+ il
Maaş göstərilməyib

Şirkətin maliyyə fəaliyyətini idarə edir və maliyyə sahəsində 5 il təcrübə tələb olunur.

BudgetingFinancial AnalysisFinancial ReportingTeam Management+5
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Maliyyə şöbəsinin müdiri
Müraciət et