Maliyyə hesabatlarının hazırlanması və büdcə planlaşdırılması üzrə rəhbərlik edir, maliyyə təcrübəsi tələb olunur
Vakansiya haqqında
Təsvir
- Şirkətin illik büdcəsinin hazırlanması prosesinin koordinasiyasında iştirak etmək, struktur bölmələrdən daxil olan büdcə məlumatlarını təhlil etmək və konsolidasiya etmək;
- Aylıq, rüblük və illik idarəetmə və pul vəsaiti hesabatlarının hazırlanmasını təmin etmək;
- Faktiki nəticələrin büdcə və proqnoz göstəriciləri ilə müqayisəli təhlilini aparmaq, kənarlaşmaların səbəblərini müəyyən etmək;
- Büdcənin icrasına nəzarət etmək, xərclərin optimallaşdırılması və maliyyə səmərəliliyinin artırılması üzrə təkliflər hazırlamaq;
- Dövri maliyyə proqnozlarının (Forecast / Rolling Forecast) hazırlanmasını və yenilənməsini koordinasiya etmək;
- Müxtəlif biznes istiqamətləri, layihələr və investisiyalar üzrə maliyyə modelləri və ssenari analizləri hazırlamaq;
- Maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) uyğun hazırlanması prosesində iştirak etmək və hesabatların düzgünlüyünü, tamlığını və ardıcıllığını təmin etmək;
- İllik və zərurət yarandıqda aralıq xarici audit prosesinin planlaşdırılması, təşkili və koordinasiyasında iştirak etmək;
- Büdcələmə, maliyyə hesabatlığı və audit proseslərinin avtomatlaşdırılması və təkmilləşdirilməsi üzrə təşəbbüslər irəli sürmək;
- Şöbə daxilində iş bölgüsünün və tapşırıqların icrasının koordinasiyasında şöbə müdirinə dəstək göstərmək;
- Şöbə müdirinin tapşırıqlarının icrasını təmin etmək və Şöbə müdirinin olmadığı hallarda səlahiyyət çərçivəsində şöbənin gündəlik fəaliyyətinin koordinasiyasını həyata keçirmək.
Tələblər
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Büdcələmə, idarəetmə hesabatlığı və ya audit üzrə 4–5 il iş təcrübəsi;
- Büdcələmə, forecasting, variance analysis, cash flow və maliyyə modelləşdirilməsi üzrə güclü bilik;
- P&L, Balance Sheet və Cash Flow hesabatlarının hazırlanması və təhlili üzrə praktiki təcrübə;
- Dəyişən prioritetlərə uyğunlaşmaq və bir neçə tapşırığı effektiv idarə etmək bacarığı;
- MS Excel üzrə yüksək səviyyədə təcrübə;
- Sərbəst Azərbaycan dili və yaxşı səviyyədə ingilis dili biliyi mütləqdir; rus dili biliyi isə üstünlükdür.
- ACCA, DipIFR, CPA və ya digər beynəlxalq sertifikatlar (və ya bu istiqamətdə təhsil) üstünlükdür;
- Power BI və digər BI/reporting alətləri üzrə bilik üstünlükdür;
- 1C və ERP sistemləri ilə iş təcrübəsi üstünlükdür.
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: 8:00-17:00/09:00-18:00 (həftədə 5 dəfə);
- İş yeri: Bayıl (servis mövcuddur);
- Həyat yığım sığortası;
- Könüllü tibbi sığorta;
- Push30 proqramından 75 % endirim ilə istifadə etmək imkanı;
- Landau School-da uşaqların təhsilində xüsusi endirimlər;
- Korporativ təlimlərə qatılma imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yerləşmə
Azərbaycan
Təcrübə
4–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 avqust 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
13 sentyabr 2026
Şirkət haqqında
Landau Education Group
Education · 1,001-5,000 · Baku
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Maliyyə departamentini idarə edir və maliyyə, büdcə planlaşdırılması üzrə təcrübə tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Maliyyə hesabatlarının hazırlanmasında kömək edir və güclü analitik bacarıqlara malikdir.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
İşçi maliyyə büdcəsinin hazırlanması və icrasını nəzarət edir, maliyyə analitikası sahəsində 5 il təcrübə tələb olunur.



