Maliyyə hesabatlığı və mühasibatlıq üzrə aparıcı mütəxəssis

Bir

Vakansiya haqqında

Ümumi məlumat
Birbank-ın strateji fəaliyyətində mühüm rol oynayan Requlyativ Hesabatlıq şöbəsi komandamıza Aparıcı / Baş mütəxəssis axtarılır. Bu vəzifə bankın requlyativ hesabatlarının hazırlanması, eləcə də müvafiq dövlət qurumlarına dəqiq və vaxtında təqdim edilməsini əhatə edir. Bu rolda Siz gündəlik və dövri hesabatların hazırlanması ilə yanaşı, yeni requlyativ tələblərə uyğun proseslərin qurulması və mövcud proseslərin təkmilləşdirilməsində də iştirak edəcəksiniz. Sizin fəaliyyətiniz bankın maliyyə sabitliyinin qorunmasına və risklərin effektiv idarə olunmasına mühüm töhfə verəcəkdir.
Öhdəliklər
  • Azərbaycan Respublikasının Mərkəzi Bankına və digər dövlət qurumlarına hesabatlar hazırlamaq və təqdim etmək;
  • Requlyativ tələblərə uyğun olaraq maliyyə məlumatlarını toplamaq, təhlil etmək və strukturlaşdırmaq;
  • Maliyyə məlumatlarının düzgünlüyünü və bütövlüyünü təmin etmək məqsədilə nəzarət mexanizmlərinə və prosedurlara riayət etmək;
  • Maliyyə proseslərinin optimallaşdırılması və təkmilləşdirilməsi üzrə təşəbbüslər irəli sürmək.
Tələblər
  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Bank sektorunda müvafiq iş təcrübəsinə sahib olmaq;
  • Analitik düşüncə və hesabatların hazırlanması üzrə güclü bacarıqlara sahib olmaq;
  • SQL biliklərinə və məlumat bazaları ilə işləmək təcrübəsinə sahib olmaq;
  • İri həcmli məlumatların təhlili və interpretasiyası bacarığına malik olmaq;
  • ACCA və ya digər beynəlxalq mühasibatlıq sertifikatlarına sahib olmaq (üstünlükdür);
  • Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ-hüquqi aktları və requlyativ hesabatlıq üzrə qanunvericiliyi yaxşı səviyyədə bilmək;
  • Dəqiqlik, məsuliyyətlilik, sistemli yanaşma və komanda ilə işləmək bacarığına malik olmaq.
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
12 avqust 2026

Şirkət haqqında

Bir
Technology · 5,001-10,000 · Baku
Bir — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bir
Junior · 1+ ilBakı
Maaş göstərilməyib

Bank əməliyyatlarının üzləşdirilməsini və hesabatların hazırlanmasını həyata keçirir, maliyyə bilikləri tələb olunur

Financial ReconciliationReport PreparationTeamworkAccounting knowledge+6
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Maliyyə hesabatlığı və mühasibatlıq üzrə aparıcı mütəxəssis
Müraciət et