Maliyyə menecmenti departamentinin uçot və büdcə proqnozlaşdırılması şöbəsinin mütəxəssisi

ATB Bank

Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
25 iyun 2026
Dillər
Azerbaijani, English

Vakansiya haqqında

Təsvir

  • Günlük, aylıq, rüblük və illik normativ, prudensial və statistik hesabatların hazırlanması və təqdim edilməsi;
  • Tədiyyə balansı, qabaqcadan ödənişlər və digər tənzimləyici hesabatların hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim edilməsi;
  • Hesabat məlumatlarının dəqiqliyinə, tamlığına və vaxtında təqdim edilməsinə nəzarətin həyata keçirilməsi;
  • Hesabatlılıq proseslərinin optimallaşdırılması, avtomatlaşdırılması və rəqəmsallaşdırılması layihələrində aktiv iştirak;
  • Böyük həcmli maliyyə məlumatlarının təhlili, məlumat keyfiyyətinin yoxlanılması və uyğunsuzluqların aradan qaldırılması;
  • Mərkəzi Bankın elektron hesabat sistemləri ilə işləmək və hesabatların sistem üzərindən təqdim edilməsini təmin etmək;
  • Şöbənin fəaliyyət istiqamətindən irəli gələn digər vəzifələrin icra edilməsi.


Tələblər

  • Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • MS Excel proqramını yüksək səviyyədə bilmək (mürəkkəb hesabatların hazırlanması, böyük həcmli məlumatların təhlili və emalı);
  • SQL və Power BI bilikləri;
  • Mərkəzi Bankın elektron hesabat sistemləri ilə işləmə təcrübəsi;
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində praktiki biliklər;
  • Analitik düşünmə, detallara diqqət və problem həll etmə bacarıqları;
  • Təşəbbüskarlıq, komanda ilə əməkdaşlıq və effektiv ünsiyyət bacarığı;
  • ACCA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarına malik olmaq üstünlük hesab edilir.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Şirkət haqqında

ATB Bank
Baku

Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq! “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının 29 iyun 1995-ci il tarixli 234 nömrəli lisenziyası ilə 11 iyul 1995-ci ildən fəaliyyətə başlamışdır. Bankın səhmdarları: AR Əmlak Məsələləri Dövlət Komitəsi.......... 75% “Ziraat Bank” .......................................................... 12.4% “AzRe Reinsurance” ............................................ 6.5% “Qala Heyat” .......................................................... 5% “Ziraat Bank International” .............................. 1.1% Mükafatlandırma siyasəti Mükafatlandırma sistemi bankın korporativ idarəetmə mexanizminin ən mühüm komponentlərindən biridir və əsaslandığı əsas prinsiplərdən biri əməkdaşların effektivliyinin və entuziazmının yüksəldilməsidir

ATB Bank — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Maliyyə menecmenti departamentinin uçot və büdcə proqnozlaşdırılması şöbəsinin mütəxəssisi
Müraciət et