Maliyyə hesabatları hazırlayır, büdcələşdirmə və maliyyə təhlili üzrə 3-4 il təcrübəsi var.
Vakansiya haqqında
Əsas Tələblər
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Büdcələmə, maliyyə hesabatlılığı və ya idarəetmə uçotu sahəsində minimum 3 il, aparıcı vəzifədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi üzrə biliklər;
- Maliyyə hesabatlarının hazırlanması və büdcə nəzarəti üzrə praktiki təcrübə;
- Analitik düşüncə, məlumatların təhlili, problem həll etmə və operativ qərarvermə bacarığı;
- MS Excel (Advanced), ERP sistemləri üzrə yüksək səviyyədə bilik;
- Yüksək məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı.
- PMS sertifikatı arzuolunandır;
Əsas Vəzifə Öhdəlikləri:
- Şirkətin gündəlik maliyyə əməliyyatlarının ERP sistemində düzgün və vaxtında uçotda əks etdirilməsini təmin etmək.
- Aylıq xərclərin uçotunu aparmaq, ay bağlanışı prosesini icra etmək və xərc analizi hesabatlarını hazırlamaq.
- Maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Şirkətin pul vəsaitlərinin qalıqları haqqında məlumatları hazırlamaq və təqdim etmək.
- Ödənişlərin planlaşdırılmasını və vaxtında icrasını təmin etmək.
- Rəsmi (Vergi, Statistik, DSMF və digər aidiyyəti qurumlar) hesabatlarını hazırlamaq və müəyyən edilmiş müddətlərdə təqdim etmək.
- Üzləşmələri aparmaq və uyğunsuzluqları araşdırmaq.
- Büdcənin hazırlanması prosesində iştirak etmək, büdcənin icrasına və büdcə limitlərinə nəzarəti həyata keçirmək, büdcə-fakt analizlərini hazırlamaq və kənarlaşmaların səbəblərini araşdırmaq.
- İş fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
İş Şərtləri
- İş məkanı: Azure Plaza
- Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (Həftəiçi)
- Nahar: Təmin edilir
- Servis xidməti Mövcuddur
Karyerasını bizimlə davam etdirmək istəyən namizədlər mövzu hissəsində “Büdcə və mühasibat uçotu üzrə aparıcı mütəxəssis” qeyd etməklə öz CV-formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Azure Plaza binasında yerləşir.
İş həftədə 5 gün, həftəiçi rejimindədir.
Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən razılaşma yolu ilə müəyyən edilir.
Namizəd mövzu hissəsində “Büdcə və mühasibat uçotu üzrə aparıcı mütəxəssis” qeyd etməklə CV-formasını göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaliyyə hesabatlığı üzrə analitik üzrə Bakıda digər açıq elanlar.
Maliyyə hesabatlarını hazırlayır və IFRS biliklərinə malik təcrübəli mütəxəssis axtarılır
Maliyyə hesabatlarının hazırlanması və büdcə nəzarəti üzrə təcrübəli mütəxəssis axtarılır
İllik büdcənin hazırlanması və maliyyə hesabatlarının təhlili üzrə təcrübəli mütəxəssis.



