Büdcə və hesabatların hazırlanması və təhlili üzrə 5 ildən çox təcrübəsi olan mütəxəssis.
Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi
Vəzifə öhdəlikləri:
- İdarənin strateji hədəflərinə, illik fəaliyyət planına və inkişaf istiqamətlərinə uyğun olaraq gəlir və xərclər smetasının (konsolidə edilmiş büdcə layihəsinin) tərtib olunması prosesini təşkil etmək;
- Dövlət büdcəsindən ayrılan təxsisatların, məqsədli subsidiyaların lazımi iqtisadi təsnifat kodları üzrə əsaslandırılmış smetalarını hazırlamaq, Maliyyə Nazirliyi və aidiyyəti dövlət qurumları ilə razılaşdırmaq;
- Qoruq ərazisindən əldə olunan xüsusi daxilolmaların proqnozlaşdırılmasını həyata keçirmək;
- İdarənin mərkəzi aparatının, müəssisələrinin və struktur bölmələrinin illik büdcə sorğularını toplamaq, təhlil etmək və xərclərin iqtisadi əsaslandırılmasını yoxlayaraq yekun büdcə layihəsini formalaşdırmaq;
- Təsdiq olunmuş büdcə göstəricilərini rüblük və aylıq bölgülər üzrə tərtib etmək və daxili maliyyə sistemlərində əks etdirmək;
- Dövlət subsidiyalarının təyinatı üzrə, səmərəli və qanunvericiliyə tam uyğun xərclənməsinə gündəlik daxili nəzarəti təmin etmək;
- Xüsusi daxilolmalardan daxil olan vəsaitlərin formalaşması dinamikasını izləmək və xərclənməsinin təsdiq olunmuş daxili smetaya uyğunluğunu tənzimləmək;
- Aylıq, rüblük və illik dövrlər üzrə büdcə icrası hesabatlarını hazırlamaq, faktiki xərclərlə planlaşdırılmış smeta göstəriciləri arasında kənaraçıxmaları təhlil etmək;
- Subsidiya və xüsusi daxilolma fondları üzrə xərclərin optimallaşdırılması, ehtiyatların aşkar edilməsi və maliyyə intizamının gücləndirilməsi istiqamətində analitik arayışlar hazırlamaq;
- Dövlət xəzinədarlığı (subsidiyalar üzrə) və kommersiya bank hesabları (xüsusi gəlirlər üzrə) daxilolmalarını nəzərə almaqla qısamüddətli və uzunmüddətli pul vəsaitlərinin hərəkəti proqnozunu (Cash Flow Forecasting) hazırlamaq;
- Məhsul və xidmət satışından gələn real daxilolmalarla İdarənin öhdəlikləri arasında maliyyə balansını və likvidliyi qorumaq;
- Gəlirlərin azalması və ya subsidiyaların yenidən bölüşdürülməsi risklərinə qarşı alternasiyalı maliyyə modelləri və ssenari təhlilləri qurmaq.
Namizədə dair tələblər:
- Təhsil: Maliyyə, İqtisadiyyat və ya analoji sahələr üzrə ali təhsil;
- Təcrübə: Minimum 5 il iş təcrübəsi;
- Sertifikat: Beynəlxalq sertifikatların olması üstünlükdür;
- Proqram bilikləri: 1C (8;3), MS Excel, e-gov və e-taxes portallarından peşəkar istifadə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili, İngilis və Rus dili bilikləri arzuolunandır;
Şəxsi keyfiyyətlər və Kompetensiyalar:
- Proaktiv və təşəbbüskar olmaq (problemləri öncədən görüb həll yolları təklif etmək);
- Yüksək problem həll etmə (problem-solving) və operativ qərarvermə bacarığı;
- Güclü komanda ruhu; Stressə davamlılıq, yüksək nizam-intizam.
Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Büdcə və planlama” qeyd olunması xahiş olunur
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi – Azərbaycan tarixinin və mədəniyyətinin simvolu olan unikal ərazidə fəaliyyət göstərən dövlət qurumudur.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Tam iş günü, 5 günlük iş həftəsidir.
Minimum 5 il iş təcrübəsi tələb olunur.
1C (8;3), MS Excel, e-gov və e-taxes portallarından peşəkar istifadə bacarığı tələb olunur.
Azərbaycan dili, İngilis və Rus dili bilikləri arzuolunandır.
Namizədlər CV-lərini göndərməlidir, mövzu hissəsində “Büdcə və planlama” qeyd olunmalıdır. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaliyyə hesabatlığı üzrə analitik üzrə Bakıda digər açıq elanlar.
Maliyyə hesabatlarının hazırlanmasını və audit proseslərini idarə etmək üçün maliyyə təcrübəsi tələb olunur
Maliyyə hesabatlarını hazırlayır, büdcə nəzarətini həyata keçirir və ERP sistemində uçotu təmin edir.
Büdcə hazırlamaq və maliyyə proqnozlaşdırmaq üçün yüksək səviyyədə Excel bilikləri tələb olunur



