Maliyyə hesabatlarının hazırlanmasını və audit proseslərini idarə etmək üçün maliyyə təcrübəsi tələb olunur
Vakansiya haqqında
Əsas vəzifələr
- Sektorun fəaliyyətini təşkil edir, ona rəhbərlik edir və sektor adından sənədləri imzalayır;
- Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
- Öz fəaliyyəti üzrə kadrların seçilməsində və yerləşdirilməsində iştirak edir;
- Müvafiq sahədə tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslılığı, səmərəliliyi və bazarın tənzimlənməsi baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar aparır, subyektlərin tarifləri barəsində qabaqcıl təcrübəyə əsaslanmış hesabatlar hazırlayır və təkliflər verir;
- Elektrik və istilik enerjisi, habelə qaz təchizatı üzrə qiymətlərin (tariflərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənir;
- Müvafiq sahədə fəaliyyət göstərən müəssisələrin maliyyə hesabatlarını təhlil edir, layihələrin (investisiyaların) rentabelliyini qiymətləndirir;
- Müvafiq sahədə tarif (qiymət) siyasəti ilə bağlı təkliflər verir;
- Müvafiq sahədə tarif (qiymətqoyma) modellərinin hazırlanması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görür;
- Enerji sahəsində iqtisadi siyasətin formalaşdırılmasına dair təkliflər hazırlayır və qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməsini Agentliyin Aparatının struktur bölmələri ilə birgə təmin edir;
- Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
- Enerji xidmətlərinin göstərilməsi zamanı tariflərin düzgün tətbiq edilməsinə Agentliyin aidiyyəti şöbələri ilə birlikdə nəzarət edir;
- Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
- Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
- Şöbə müdirinə və şöbə üzrə Kuratora hesabat verir.
Tələblər
- “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” istiqamətləri üzrə ali təhsili və ixtisas profilinə uyğun 4 ildən az olmayan iş təcrübəsi;
- Yaş həddi 25-45 aralığı;
- İqtisadi təhlil və ekonometrik modelləşdirmə bacarığı;
- Microsoft Office proqramı üzrə hesabatları və təqdimatları yüksək səviyyədə hazırlamaq bacarığı;
- Azərbaycan dilini səlis, ingilis dili yüksək səviyyədə bilməli və rus dili arzu olunandı;
- Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standarları (İFRS) və Korporativ Maliyyə sahəsi üzrə yüksək səviyyədə biliklərə malik olmalıdır;
- ACCA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması arzuolunandır.
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
- İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84 ünvanında yerləşir.
İqtisadiyyat və idarəetmə ixtisasları üzrə ən azı 4 il iş təcrübəsi tələb olunur.
Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma təklif olunur.
Azərbaycan dili səlis, ingilis dili yüksək səviyyədə, rus dili arzuolunandır.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaliyyə hesabatlığı üzrə analitik üzrə Bakıda digər açıq elanlar.
Əməliyyat və idarəetmə hesabatlarını hazırlamaq və kredit portfeli göstəricilərini təhlil etmək.
Maliyyə hesabatlarının təhlilini aparır, büdcə və proqnozlaşdırma üzrə təcrübə tələb olunur
Maliyyə hesabatlarının hazırlanmasını və IFRS standartlarının tətbiqini təmin edir, 2-3 il təcrübə tələb olunur


