Vakansiya haqqında
Araz Supermarketlər Şəbəkəsi "Xərclərə nəzarət üzrə Analitik" vakansiyası üzrə işə qəbul elan edir!
Öhdəliklər
- Şirkətin əməliyyat və inzibati xərclərinin mütəmadi monitorinqini həyata keçirmək;
- Faktiki xərcləri büdcə və plan göstəriciləri ilə müqayisə etmək və kənarlaşmaları analiz etmək;
- Xərc artımlarının səbəblərini müəyyənləşdirmək və optimallaşdırma imkanlarını təhlil etmək;
- Filiallar, departamentlər və xərc mərkəzləri üzrə xərclərin analizini aparmaq;
- Aylıq, rüblük və illik xərc hesabatlarını hazırlamaq;
- Xərc dinamikası və trend analizləri aparmaq;
- Büdcələşdirmə və forecast proseslərinə analitik dəstək göstərmək;
- Xərclərin effektivliyinin artırılması ilə bağlı təkliflər hazırlamaq;
- Maliyyə, satınalma və digər aidiyyəti departamentlərlə koordinasiyalı işləmək;
- Rəhbərlik üçün analitik təqdimatlar və idarəetmə hesabatları hazırlamaq.
Tələblər
- Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahədə ali təhsil;
- Analitika, maliyyə nəzarəti, büdcələşdirmə və ya xərc analizi sahəsində iş təcrübəsi;
- Retail/FMCG sektorunda təcrübə üstünlükdür;
- Excel üzrə yüksək səviyyədə bilik;
- Böyük həcmli məlumatlarla işləmək və analitik hesabatlar hazırlamaq bacarığı;
- Maliyyə göstəricilərini analiz etmək və nəticələri biznes dilində təqdim etmək bacarığı;
- Diqqətlilik, sistemlilik və güclü analitik düşüncə;
- SAP ilə iş təcrübəsi üstünlükdür;
- Power BI biliyi üstünlükdür. SAP bilikləri üstünlükdür
Təminatlar
- Nahar ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük iş qrafiki
- Servis xidməti mövcuddur
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Xərclərə nəzarət üzrə Analitik” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 sentyabr 2026
Son tarix
7 oktyabr 2026
Şirkət haqqında
Araz Supermarket
Retail · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib5 gün qalıb
İşçi maliyyə büdcəsinin hazırlanması və icrasını nəzarət edir, maliyyə analitikası sahəsində 5 il təcrübə tələb olunur.
Maaş göstərilməyib
Maliyyə planlaması və büdcə proseslərini dəstəkləyən Maliyyə Koordinatoru, güclü analitik bacarıqlara malik olmalıdır.
Maaş göstərilməyib




