Maliyyə hesabatlılığı və təhlil şöbəsinin mütəxəssisi

m10

Vakansiya haqqında

Maliyyə hesabatlılığı, büdcə təhlili və məhsul rentabelliyinin qiymətləndirilməsi sahəsində bilik və təcrübəyə malik, maliyyə göstəricilərinin təhlili əsasında biznes qərarlarının effektivliyinin artırılmasına və maliyyə performansının optimallaşdırılmasına töhfə verəcək analitik düşüncəli mütəxəssis axtarırıq.

Vəzifə öhdəlikləri

  • MS Excel və MS PowerPoint proqramlarından istifadə etməklə aylıq idarəetmə hesabatlarını və təqdimatları hazırlamaq;
  • Aylıq mənfəət və zərər (P&L) hesabatlarının, o cümlədən məhsullar üzrə P&L hesabatlarının hazırlanması və konsolidasiyasında iştirak etmək;
  • Büdcə və faktiki göstəricilərin müqayisəli təhlilini aparmaq, kənarlaşmaları müəyyənləşdirmək və əhəmiyyətli fərqləri əsaslandırmaq;
  • Maliyyə məlumatlarının toplanması və təhlili məqsədilə aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək;
  • Zərərsizlik nöqtəsini (Break-even) hesablamaq və təhlil etmək;
  • Maliyyə hesabatlılığı və büdcələşdirmə proseslərinin davamlı təkmilləşdirilməsi üzrə təşəbbüslərdə iştirak etmək.

Tələblər

Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr təhsili;

Maliyyə hesabatlılığı, büdcələşdirmə və ya maliyyə təhlili sahəsində minimum 1–2 il müvafiq iş təcrübəsi;

Minimum ACCA F3 (Financial Accounting) və F7 (Financial Reporting) sertifikatlarının olması;

MHBS (IFRS), maliyyə hesabatlılığı prinsipləri və maliyyə təhlili metodları üzrə yaxşı biliklər;

Microsoft Office proqramları, xüsusilə MS Excel və MS PowerPoint üzrə biliklər;

Böyük həcmli məlumatlarla işləmək, məlumatların dəqiqliyini və ardıcıllığını təmin etmək bacarığı;

Sahiblənmə və məsuliyyət hissi;

Dəyişən mühitə çevik adaptasiya;

Davamlı öyrənmə və inkişaf həvəsi.

Üstünlüklər

Ekosistem səviyyəsində öyrənmə imkanları

Mentorluq və peşəkar inkişaf

Milyonlarla müştəri üçün real təsir yaratmaq

Dəstəkləyici və açıqfikirli mədəniyyət

Texnologiya və biznesin kəsişməsində karyera imkanı

Rəqabətli əməkhaqqı və bonuslar

Yüksək təminatlı sığorta

Visa Premium əməkhaqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət günləri

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, PBT2 (Port Baku Tower 2)
Təcrübə
1–2 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 noyabr 2026
Son tarix
22 noyabr 2026
HRX ilə müraciət
1
Baxış
94

Şirkət haqqında

m10
Fintech · Bakı
m10 — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Port Baku Tower 2-də yerləşir.

Maliyyə hesabatlılığı, büdcələşdirmə və ya maliyyə təhlili sahəsində minimum 1-2 il iş təcrübəsi tələb olunur.

Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr təhsili tələb olunur.

Rəqabətli əməkhaqqı və bonuslar təklif olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Maliyyə hesabatlığı üzrə menecer üzrə Bakıda digər açıq elanlar.

FIRE UNIVERSAL GROUP
Mütəxəssis · 2+ ilBakı
800–1 000₼

Mühasibat, vergi və kadr uçotu üzrə əməliyyatları aparmaq üçün 2 il təcrübəli kiçik mühasib tələb olunur

AccountingFinancial ReportingTax LegislationLabor Law+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Maliyyə hesabatlılığı və təhlil şöbəsinin mütəxəssisi
Müraciət et