Vakansiya haqqında

Struktur bölmə: Maliyyə idarəetməsi və mühasibat uçotu şöbəsi

Tabeçilik: Direktor

Tabeliyində olan vəzifələr:

  • Aparıcı mühasib
  • Maliyyə mütəxəssisi
  • Mühasib köməkçisi

İşin təsviri:

  • Maliyyə nəticələrinin aylıq təhlilini aparmaq, gəlir, xərc, mənfəət, marja və digər əsas maliyyə göstəriciləri üzrə rəhbərlik üçün idarəetmə hesabatları hazırlamaq.
  • Maliyyə risklərini müəyyənləşdirmək, qiymətləndirmək və onların azaldılması üzrə tədbirlər hazırlamaq.
  • Maliyyə nəzarəti və daxili kontrol mexanizmlərinin təkmilləşdirilməsini təmin etmək.
  • Maliyyə əməliyyatlarının qanunvericiliyə, şirkətin daxili siyasət və prosedurlarına uyğunluğuna nəzarət etmək.
  • Xərc strukturunu və əməliyyat xərclərini təhlil etmək, xərclərin optimallaşdırılması və maliyyə səmərəliliyinin artırılması üzrə təkliflər hazırlamaq.
  • İnvestisiya, xərc, əməkhaqqı və digər biznes qərarlarının maliyyə təsirini qiymətləndirmək və rəhbərliyə müvafiq tövsiyələr təqdim etmək.
  • Daxili və xarici audit proseslərini koordinasiya etmək, tələb olunan maliyyə məlumatlarının hazırlanmasını və audit nəticələri üzrə tədbirlərin icrasını təmin etmək.
  • Maliyyə siyasətləri, prosedurları və uçot prinsiplərinin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək.
  • Əməkhaqqı, bonus və digər kompensasiya ödənişlərinin maliyyə planlamasını və büdcəyə təsirinin təhlilini təmin etmək.
  • Maliyyə məlumatlarının düzgünlüyünü, məxfiliyini və vaxtında təqdim edilməsini təmin etmək.
  • Şöbənin əməkdaşlarının fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü aparmaq və nəticələrə nəzarət etmək.
  • Maliyyə və mühasibat uçotu proseslərinin davamlı təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə təşəbbüslər irəli sürmək.
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının, MHBS (IFRS) üzrə illik hesabatların və digər tələb olunan hesabatların hazırlanmasına və təqdim edilməsinə rəhbərlik etmək.
  • İllik büdcə planının hazırlanmasını, aylıq büdcə-fakt təhlilinin aparılmasını və maliyyə proqnozlarının icrasını təmin etmək.
  • Vergi öhdəliklərinin, o cümlədən mənfəət vergisi, ƏDV, sosial sığorta və digər ödənişlərin düzgün hesablanmasına və bəyannamələrin vaxtında təqdim edilməsinə nəzarət etmək.
  • Pul vəsaitlərinin hərəkətinin (Cash Flow), debitor və kreditor borclarının, habelə ödəniş qrafiklərinin idarə edilməsini təmin etmək.
  • Gündəlik mühasibat əməliyyatlarının düzgünlüyünə, tamlığına və vaxtında uçota alınmasına nəzarət etmək.
  • Kassa və bank əməliyyatlarının uçotunun qanunvericiliyə və daxili prosedurlara uyğun təşkilini təmin etmək.
  • Dərəcə (Grade) və KPI (Əsas Fəaliyyət Göstəriciləri) maliyyə aspektlərinin dəstəklənməsi, əməkhaqqı büdcəsinə təsirin qiymətləndirilməsi və bonus fondunun maliyyə nəticələri əsasında hesablanmasını təmin etmək.
  • 1C əməliyyatlarının optimallaşdırılması və aylıq bağlanış prosesinin vaxtında və düzgün icrasına nəzarət etmək.

Tələblər

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil, magistratura təhsili arzuolunandır.
  • PMS sertifikatı olması zəruridir.
  • ACCA, CIMA, CPA və ya CFA, sertifikasiyası — tam və ya qismən, DipIFR daxil olmaqla — arzuolunandır.
  • Müvafiq sahədə ən azı 10 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi.
  • Azərbaycan dili — səlis, rus və ingilis dilləri — arzuolunandır.
  • MS Office, 1C və Bitrix24 proqramları üzrə yaxşı istifadə bacarığı.
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə güclü biliklər.
  • MHBS (IFRS), vergi və mühasibat uçotu üzrə biliklər.
  • Analitik düşüncə, strateji yanaşma və problem həll etmə bacarığı.
  • Güclü liderlik, komanda idarəetməsi və peşəkar ünsiyyət bacarıqları.
  • Yüksək məsuliyyətlilik, dəqiqlik və təşəbbüskarlıq.

Əlavə məlumat:

  • İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək.
  • İstirahət günləri: şənbə və bazar günləri, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş bayram və qeyri-iş günləri.
  • Vakansiya növü: tam ştat.
  • İş yeri: “Bakinity Distribution” MMC (Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 86B).
  • Əməkhaqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.

Təminatlar:

  • Push30 platformasından istifadə imkanı.
  • AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
  • Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
  • İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Ziya Bünyadov prospekti 86B, Nərimanov rayonu
Təcrübə
10+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
5 oktyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
5 noyabr 2026
HRX ilə müraciət
1
Baxış
104

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Maliyyə meneceri üzrə bazar adətən 2 000–3 000 ₼ ödəyir, median — 2 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

16 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Maliyyə meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

Bakinity Distribution MMC
İnformasiya və kommunikasiya · Baku
Bakinity Distribution MMC — bütün vakansiyalar

“Bakinity Distribution” MMC – 2001-ci ildə əsası qoyulmuş Azərbaycan İT inteqratorudur. 2014-cü ildən etibarən şirkət Qırğızıstan və Tacikistan bazarlarında fəaliyyətə başlamış, 2016-cı ən isə Gürcüstan bazarına daxil olmuşdur.

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 86B ünvanında yerləşir.

Həftədə 5 gün, 09:00-dan 18:00-dək işlənir, şənbə və bazar istirahət günləridir.

Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.

Push30 platformasından istifadə, AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramları, Paşa Həyat sığortası və İT sahəsində karyera imkanları təklif olunur.

Müvafiq sahədə ən azı 10 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə ən azı 3 il tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Maliyyə meneceri üzrə Bakıda digər açıq elanlar.

Nur Collection
Manager · 3–5 ilBakı
Maaş göstərilməyib

Şirkətin maliyyə strategiyasını hazırlayır, maliyyə hesabatlarını və vergi bəyannamələrini idarə edir, 3-5 il təcrübə tələb olunur.

Financial ReportingAccountingFinancial AnalysisBudgeting+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
STP Global Cable
ManagerBakı
Maaş göstərilməyib

Maliyyə planlaması, büdcə və hesabatların hazırlanmasını idarə edir, analitik düşünmə bacarığı tələb olunur.

BudgetingFinancial PlanningFinancial ReportingCash Flow Management+10
Müraciət et
PJA MMC
Senior · 5+ ilBakı
Maaş göstərilməyib

Şirkətin maliyyə planlarını hazırlayır və idarəetmə üçün maliyyə təhlili aparır, 5 il təcrübə tələb olunur.

Tax LegislationBudgetingFinancial ReportingFinancial Analysis+10
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Maliyyə və mühasibat uçotu şöbə müdiri
Müraciət et