Maliyyə idarəetməsi şöbəsini idarə edir, maliyyə analizində və PMS sertifikatında təcrübə tələb olunur.
Vakansiya haqqında
“Nur Collection” MMC “Maliyyə və mühasibatlıq şöbəsinin rəhbəri” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti
- 5 günlük iş qrafiki
- Nahar şirkət tərəfindən təmin olunur
- Ünvan: Bakı-Sumqayıt yolunun üstü
Ümumi Məlumat:
- Maliyyə rəhbəri şirkətin maliyyə strategiyasının hazırlanmasına, icrasına və maliyyə dayanıqlığının təmin olunmasına cavabdehdir. Şirkətin maliyyə və vergi siyasətinin formalaşdırılması, maliyyə hesabatlarının düzgünlüyünün və şəffaflığının təmin edilməsi əsas vəzifələrdəndir.
Əsas Vəzifələr:
- Müəssisənin gündəlik maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
- Vergi, DSMF, statistika və digər dövlət qurumlarına təqdim olunan hesabatların hazırlanması və vaxtında təqdim edilməsi;
- ƏDV, ÖMV, mənfəət vergisi və digər vergi bəyannamələrinin hazırlanması;
- Kassa əməliyyatlarının uçotunun təşkili;
- 1C proqramında əməliyyatların düzgün müxabirləşdirilməsinə nəzarət;
- Mühasibat uçotu proseslərinin qanunvericiliyə və daxili prosedurlara uyğun aparılmasını təmin etmək;
- Şirkətin aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması – Mənfəət və Zərər, Nağd vəsaitlərin (pulun) hərəkəti və Balans və kapitalda dəyişikliklər kimi başlıca hesabatların hazırlanması, nəticələrin təhlil olunması və rəhbərliyə təqdim edilməsi;
- Hesabatların Azərbaycan Respublikasının vergi qanunvericiliyinə və BMHS (IFRS) tələblərinə uyğunluğunun təmin edilməsi;
- Maliyyə (mühasibat) şöbəsinin fəaliyyətini və əməkdaşların işini koordinasiya etmək, onlara nəzarəti həyata keçirmək və komandanın fəaliyyətini inkişaf etdirmək;
- Şirkətin maliyyə strategiyasının müəyyənləşdirilməsi və icrasına nəzarət edilməsi;
- Şirkətin ümumi maliyyə strategiyasının hazırlanması və tətbiqi.
- Büdcənin tərtib edilməsi və icrasına nəzarət.
- Maliyyə axınlarının idarə olunması və pul vəsaitlərinin düzgün yönləndirilməsi.
- Gəlir və xərclərin təhlili, qənaət imkanlarının müəyyən edilməsi.
- Maliyyə risklərinin təhlili və risklərin idarə olunması tədbirlərinin görülməsi.
- Banklarla və digər maliyyə qurumları ilə əməkdaşlığın təşkili.
- Audit və yoxlama proseslərində iştirak və koordinasiya.
- ERP və maliyyə proqram təminatlarının tətbiqinə nəzarət.
Namizədə tələblər:
- Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat ixtisası üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür);
- Maliyyə və mühasibatlıq sahəsində ən azı 3-5 il rəhbər vəzifədə (maliyyə direktoru və ya baş mühasib) iş təcrübəsi;
- Maliyyə-təsərrüfat əməliyyatlarının bütün istiqamətləri üzrə praktiki bilik və təcrübə;
- Vergi Məcəlləsi, əmək və mühasibat uçotu üzrə qüvvədə olan qanunvericiliyi dərindən bilmək;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) üzrə bilik (müvafiq sertifikat üstünlükdür);
- Peşəkar Mühasib sertifikatına malik olmaq;
- MS Office, 1C, BTP və EFP proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- ERP sistemlərinin mühasibatlıq və maliyyə modulları ilə işləmək təcrübəsi;
- Analitik düşünmə, liderlik, yüksək məsuliyyət və qərarvermə bacarığı.
- İstehsalat sahəsində təcrübəsinin olması üstünlükdür
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Maliyyə və mühasibatlıq şöbəsinin rəhbəri” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Maliyyə meneceri üzrə bazar adətən 2 000–3 000 ₼ ödəyir, median — 2 000 ₼.
16 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Maliyyə meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
2014-cü ildən pərakəndə geyim mağazaları şəbəkəsi kimi fəaliyyət göstərən, 2021-ci ildən etibarən "Nur Collection" MMC öz yerli geyim brendini yaradaraq qadın, uşaq, kişi geyimləri istehsal etməyə başlamışdır.
Müraciətin
Bu vakansiya haqqında suallar
Bakı-Sumqayıt yolunun üstündə yerləşir.
5 günlük iş həftəsi tətbiq olunur.
Əmək haqqı razılaşma yolu ilə müəyyən edilir.
Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat ixtisası üzrə ali təhsil tələb olunur, magistr dərəcəsi üstünlükdür.
Maliyyə və mühasibatlıq sahəsində ən azı 3-5 il rəhbər vəzifədə iş təcrübəsi tələb olunur.
MS Office, 1C, BTP və EFP proqramlarında yüksək səviyyədə işləmək bacarığı tələb olunur.
CV-lər mövzu hissəsində vəzifə adı qeyd edilməklə elektron ünvana göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaliyyə meneceri üzrə Bakıda digər açıq elanlar.
Maliyyə planlaması, büdcə və hesabatların hazırlanmasını idarə edir, analitik düşünmə bacarığı tələb olunur.
Maliyyə hesabatlarını hazırlayır və maliyyə əməliyyatlarını idarə etmək üçün güclü hesablama bacarıqları tələb olunur.
Şirkətin maliyyə planlarını hazırlayır və idarəetmə üçün maliyyə təhlili aparır, 5 il təcrübə tələb olunur.



