Vakansiya haqqında

İş yeri: Bakı

İş rejimi: Tam iş günü

Vəzifə haqqında

  • Daşınmaz əmlak, camaşırxana xidmətləri, internet xidmətləri və çörək istehsalı sahələrində fəaliyyət göstərən bir neçə biznesin maliyyə və mühasibatlıq proseslərinin idarə edilməsi üçün təcrübəli mütəxəssis axtarırıq.
  • Namizəd bir neçə biznes üzrə mühasibat uçotunu müstəqil təşkil etməli, maliyyə hesabatlarını hazırlamalı, pul vəsaitlərinin hərəkətinə, xərclərə və bizneslərin maliyyə nəticələrinə nəzarət etməlidir.

Əsas vəzifə öhdəlikləri

  • Hər bir biznes üzrə mühasibat uçotunun ayrıca və düzgün aparılmasını təmin etmək;
  • İlkin mühasibat sənədlərinin toplanması, yoxlanılması və sistemləşdirilməsini təşkil etmək;
  • Aylıq mənfəət və zərər hesabatı (P&L), balans hesabatı (Balance Sheet) və pul vəsaitlərinin hərəkəti hesabatını (Cash Flow) hazırlamaq;
  • Bütün bizneslər üzrə konsolidasiya olunmuş maliyyə hesabatlarını hazırlamaq;
  • Vergi, DSMF, statistika və digər məcburi hesabatları hazırlamaq və aidiyyəti qurumlara təqdim etmək;
  • Əməkhaqqının hesablanmasını və əməkhaqqı üzrə müvafiq hesabatların hazırlanmasını təmin etmək;
  • Bank əməliyyatlarını, pul vəsaitlərinin qalıqlarını, debitor və kreditor borclarını izləmək və üzləşdirmələri aparmaq;
  • Təsisçi tərəfindən yatırılan vəsaitlərin, verilən borcların, geri qaytarmaların və sahibkara edilən ödənişlərin ayrıca uçotunu aparmaq;
  • Əsas vəsaitlərin, avadanlıqların və digər aktivlərin uçotunu düzgün təşkil etmək, kapital qoyuluşlarını cari xərclərdən fərqləndirmək;
  • Pul vəsaitlərinin hərəkətini proqnozlaşdırmaq və ödəniş qrafiklərini hazırlamaq;
  • Bizneslər üzrə gəlir və xərcləri təhlil etmək, büdcələrin icrasına və xərclərə nəzarət etmək;
  • Bizneslərin maliyyə nəticələrini və gəlirliliyini təhlil etmək, rəhbərliyə müvafiq təkliflər vermək;
  • Maliyyə əməliyyatları, xərclərin təsdiqi, hesab-fakturaların işlənməsi və sənədləşmə üzrə daxili prosedurların hazırlanmasında iştirak etmək;
  • Rəhbərliyin sorğuları əsasında maliyyə təhlilləri, hesablamalar və proqnozlar hazırlamaq.

Namizədə dair tələblər

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil;
  • Mühasibatlıq və maliyyə sahəsində minimum 5 il iş təcrübəsi;
  • Bir neçə hüquqi şəxs və ya müxtəlif biznes istiqamətləri üzrə mühasibat uçotunun aparılması təcrübəsi;
  • Azərbaycan Respublikasının vergi qanunvericiliyi, mühasibat uçotu və əmək qanunvericiliyi üzrə biliklər;
  • P&L, Balance Sheet və Cash Flow hesabatlarının müstəqil hazırlanması və təhlili bacarığı;
  • Büdcələşdirmə, maliyyə planlaşdırılması və pul vəsaitlərinin hərəkətinin idarə edilməsi üzrə təcrübə;
  • 1C və MS Excel proqramlarında sərbəst işləmək bacarığı;
  • Analitik düşünmə, detallara diqqət və maliyyə məlumatlarını düzgün şərh etmək bacarığı;
  • Müstəqil işləmək, təşəbbüskarlıq və yüksək məsuliyyətlilik;
  • Rus və ingilis dillərini bilmək üstünlükdür.

Biz nə təklif edirik?

  • Müxtəlif biznes istiqamətləri üzrə peşəkar inkişaf imkanı;
  • Maliyyə proseslərinin qurulması və təkmilləşdirilməsində iştirak;
  • Birbaşa rəhbərliklə işləmək və qərarların qəbuluna analitik dəstək vermək;
  • Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Finance & Accounting Manager" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 noyabr 2026
Dillər
Russian, English
Son tarix
19 dekabr 2026
Baxış
155

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Tam iş günü rejimində işləmək tələb olunur.

Maliyyə və mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi tələb olunur.

Namizəd 1C və MS Excel proqramlarında sərbəst işləməlidir.

Rus və ingilis dillərini bilmək üstünlükdür.

CV göndərilməlidir, mövzu hissəsində "Finance & Accounting Manager" qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Müraciət üçün son tarix 19 dekabr 2026-cı ildir.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Maliyyə və kadrlar üzrə menecer üzrə Bakıda digər açıq elanlar.

Paychi Group
Təcrübəli mütəxəssis · 6+ ilBakı
2 500–3 500₼

Maliyyə əməliyyatlarını idarə edir və vergi qanunvericiliyini bilmək tələb olunur

Financial AccountingTax LegislationFinancial ReportingFinancial Analysis+10
Müraciət et
V-MANN Construction
Təcrübəli mütəxəssis · 5+ ilBakı
2 000₼

Mühasibatlıq işlərini idarə edir, 1C proqramında sərbəst işləməyi tələb edir.

AccountingFinancial ReportingCost CalculationTax Risk Management+10
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Papatya Park
Təcrübəli mütəxəssis · 5+ ilBakı
800–1 000₼

Şirkətin mühasibat və vergi uçotunu aparmaq üçün 5 il təcrübəsi olan aparıcı mühasib.

Financial AccountingStatistical ReportingElectronic InvoicingFinancial Reporting+12
Müraciət et
Onvolt MMC
Təcrübəli mütəxəssis · 3–5 ilBakı
1 500–2 000₼

Mühasibat uçotunu aparır, vergi və maliyyə hesabatlarını hazırlayır, 3-5 il təcrübə tələb olunur

AccountingFinancial Reporting1CTeam Management+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Maliyyə və mühasibatlıq üzrə menecer
Müraciət et