Mühasibatlıq işlərini idarə edir, 1C proqramında sərbəst işləməyi tələb edir.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq standartlara (MHBS) uyğun təşkili və aparılması;
- Vergi, statistika, DSMF və digər dövlət orqanlarına təqdim olunan hesabatların vaxtında və düzgün hazırlanması;
- Gündəlik maliyyə və mühasibat əməliyyatlarının (bank, kassa, e-qaimə, gömrük bəyannamələri və s.) 1C proqram təminatında əks etdirilməsi;
- İdxal əməliyyatlarının (avtomobil və ehtiyat hissələrinin idxalı), maya dəyərinin hesablanması və anbar uçotuna nəzarət;
- Əməkhaqqı, məzuniyyət və ezamiyyət hesablamalarının düzgünlüyünə nəzarət;
- Debitor və kreditor borcların uçotunun aparılması və üzləşmə aktlarının tərtib edilməsi;
- Rəhbərlik üçün aylıq, rüblük və illik maliyyə hesabatlarının (mənfəət-zərər, balans, pul vəsaitlərinin hərəkəti) hazırlanması.
Tələblər:
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil;
- Baş mühasib və ya aparıcı mühasib vəzifəsində minimum 3-5 il iş təcrübəsi (avtomobil satışı, idxal-ixrac və ya ticarət sahəsində təcrübə üstünlükdür);
- Azərbaycan Respublikasının Vergi və Əmək Məcəllələrini mükəmməl bilmək;
- 1C (8.3 versiyası), BTP, e-taxes.gov.az, e-gov.az və MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmək bacarığı;
- PMS (Peşəkar Mühasib Sertifikatı) olması üstünlükdür;
- Analitik düşüncə, yüksək məsuliyyət, dəqiqlik və komandanı idarəetmə bacarığı.
İş şəraiti:
- İş yeri: Baş ofis – Onvolt MMC, Ceyhun Hacıbəyli 194
- İş qrafiki: 5/7 (saat 10:00–19:00), 6-cı gün qısa iş günü.
- Əməkhaqqı: 1500 – 2000 AZN (namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək).
Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Baş mühasib" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Baş mühasib üzrə bazar adətən 1 500–2 500 ₼ ödəyir, median — 2 000 ₼.
28 açıq vakansiya, 50 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Baş mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Onvolt MMC Skywell elektrik (IM Motors və Skywell) avtomobillərinin Azərbaycanda rəsmi idxalçısıdır. Onvolt şirkəti elektrik avtomobillərin satışını, satışdan sonrakı servis xidmətini və ehtiyat hissələrinin satışını təşkil edir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Ceyhun Hacıbəyli 194 ünvanındadır.
İş qrafiki həftədə 5 gün, saat 10:00–19:00, şənbə günü qısa iş günüdür.
Əməkhaqqı 1500–2000 ₼ aralığında, bilik və təcrübəyə əsasən müəyyən edilir.
Baş mühasib və ya aparıcı mühasib vəzifəsində minimum 3-5 il iş təcrübəsi tələb olunur.
CV-ni mövzu hissəsində "Baş mühasib" qeyd etməklə elektron poçt ünvanına göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş mühasib üzrə Bakıda digər açıq elanlar.
Maliyyə əməliyyatlarını idarə edir və vergi qanunvericiliyini yüksək səviyyədə bilir
Mühasibatlıq proseslərini idarə edir və maliyyə hesabatlarının hazırlanmasını təmin edir
Maliyyə və mühasibat uçotunu idarə edir, AR vergi qanunvericiliyini bilir.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



