Mövcud müştəri bazasına mikro kredit məhsullarının satışını həyata keçirir, satış bacarığı tələb olunur.
Vakansiya haqqında
Birbankın Lənkəran filialında Mikro kreditlər bölməsinin mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsi üzrə mövcud və potensial müştərilərlə işləyərək bank məhsullarını təqdim edəcək, müştəri ehtiyaclarını analiz edəcək, portfeli idarə edəcək və maliyyə məsləhətləri verə biləcək namizədlər axtarışındayıq.
Vəzifə öhdəlikləri
- Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirir;
- Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat verir;
- Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparır;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri verir;
- Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlayır;
- Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra edir;
- İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin edir;
- Görülmüş işlər üzrə hesabatlar verir.
Tələblər
- Ali təhsil
- Sahə üzrə ən az 1 il iş təcrübəsi
- Yüksək səviyyədə Azərbaycan dili biliyi
- Riyazi hesablama və analitik düşüncə qabiliyyəti
- Satış bacarığı
- Yüksək səviyyədə ünsiyyət bacarıqları
- Məsuliyyətlilik
- Diqqətlilik
Üstünlüklər
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mikro kredit mütəxəssisi üzrə bazar adətən 400–1 200 ₼ ödəyir, median — 800 ₼.
61 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mikro kredit mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş Lənkəran şəhər filialında yerləşir.
Sahə üzrə ən az 1 il iş təcrübəsi tələb olunur.
Rəqabətli əmək haqqı və bonuslar təklif olunur.
İş saatları və günləri barədə məlumat verilməyib.
Riyazi hesablama, analitik düşüncə, satış və yüksək səviyyədə ünsiyyət bacarıqları tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMikro kredit mütəxəssisi üzrə Lənkəran şəhərində digər açıq elanlar.
Müştərilərlə işləyir, bank məhsullarını təqdim edir və maliyyə məsləhətləri verir, 1 il təcrübə tələb olunur.
Müştərilərlə görüşür, mikro və aqro kredit məhsullarını satır, portfel idarə edir.
Kredit müraciətlərini qəbul edir, müştərilərin maliyyə vəziyyətini və ödəmə qabiliyyətini təhlil edir.




