Mikro və Aqro müştərilərə kredit məhsullarını izah edir və kredit portfelini idarə edir.
Vakansiya haqqında
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Mərkəzləşmiş Kredit Satışı üzrə Kiçik İşçi/İşçi (Biznes və təsərrüfat kreditləri) vəzifəsini elan edir.
Rol haqqında
Kredit Satışı üzrə İşçi hədəf qrupda olan müştərilər ilə əlaqə saxlayaraq onlara kredit məhsulları barədə məlumat verəcək, müştərilərin ehtiyacına və ödəniş qabiliyyətinə uyğun olaraq kredit məbləği və şərtlərini müəyyən edəcək, müştərilərin kredit ilə bağlı suallarını cavablayacaq, kreditin təsdiqlənməsi üçün lazımi sənədləşməni hazırlayacaq məsul şəxsdir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- Potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlayaraq uyğun kredit məhsulunun üstünlüklərini və sadələşdirilmiş kreditvermə prosesini izah etməklə kredit satışını həyata keçirtmək
- Müştərinin cari kredit məlumatları və sahib olduğu biznes növü ilə tanış olmaq və bu məlumatları yeni kreditin verilməsində istifadə etmək
- Müştərinin ehtiyacına və ödəniş qabiliyyətinə uyğun olaraq kredit məbləğinin təyin olunması, məhsula uyğun şərtlər əsasında sənədləşməni həyata keçirtmək və kredit təsdiqi üçün təqdim etmək
- Müştəri kreditdən imtina edərsə imtina səbəbini müəyyən etmək və əgər səbəb FINCA ilə bağlıdırsa, problemin mümkün həll yollarını təklif etmək
- Ehtiyac olduğu təqdirdə potensial müştərilərlə əvvəldən təyin olunmuş vaxtlarda təkrar əlaqə saxlayaraq kredit təklif etmək
- Xarici mənbələrədən (kredit qeydiyyatı, büro və digər) müştərinin xarici kredit tarixçəsini yoxlamaq və bu məlumatları kreditin verilməsi prosesində istifadə etmək
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mikro kredit mütəxəssisi üzrə bazar adətən 550–1 500 ₼ ödəyir, median — 950 ₼.
46 açıq vakansiya, 15 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mikro kredit mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
“FINCA Azerbaijan” icma əsaslı 17 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçİş Bakı şəhərindədir.
Müraciət üçün son tarix 25 noyabr 2026-cı ildir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMikro kredit mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Müştərilərə kredit məhsulları təqdim edir, kredit ərizələrini təhlil edir və sənədləşdirir.
Biznes kredit müraciətlərini təhlil edir və kredit portfelini idarə edir, satış bacarığı tələb olunur.
İstehlak kreditlərinin onlayn qəbulu və təhlili üzrə minimum 1 il təcrübəsi olan mütəxəssis.




