Mühasibat uçotunu aparır, 1C proqramında işləməyi və vergi qanunvericiliyini bilir.
Vakansiya haqqında
Diqqət!!! Consulting sahəsində işləmə bacarığına, analitik düsüncəyə malik və özünə güvənən namizəd axtarilir
İş barədə məlumat
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Vergi və maliyyə uçotunun aparılması;
- New-e-taxes, E-gov.az və digər portallardan istifadə etmə bacarığı;
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödənişləri reallaşdırmaq;
- Əməkhaqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması və ödənilməsi;
- Aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması, bu hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması
- Vergi ödəyicilərinin dövriyyələrinin izlənilməsi, xüsusilə ƏDV dövriyyəsinə nəzarət edilməsi;
- Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət edilməsi;
- Mühasibat uçotu və vergitutma ilə bağlı digər vəzifələrin icrası
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək;
- İstirahət: Şənbə və Bazar günləri;
- Əmək haqqı: Razılaşma yolu ilə
Tələblər
- Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- Müvafiq sahədə minimum 3 (üç) il iş təcrübəsi;
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
- Office proqramlarında, əsasən EXCEL və WORD proqramlarında yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
- 1C 8.3 mühasibat proqramında işləməyi bacarmalıdır;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (ingilis və/və ya rus dili bilikləri üstünlük sayılır);
Elanı diqqətlə oxuyub CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Şirkət haqqında
BAKU ACCOUNTANTS ASSOCİATES” MMC Azərbaycanın mühasibat uçotu, maliyyə, audit, hüquq, insan resursları və idarəetmə sahəsində xidmət göstərən aparıcı şirkətlərdən biridir.
BAA CONSULTİNG — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Mühasibat uçotu və vergi hesabatlarının hazırlanmasını və 1C proqramını bilmək tələb olunur.
Mühasibat və vergi uçotunu aparır, maliyyə hesabatları hazırlamaq bacarığı tələb olunur.
Lizinq ödənişlərinin uçotunu aparır və mühasibatlıq sahəsində təcrübə tələb olunur.



