Vakansiya haqqında

Son 5 ildə ilk dəfə mühasibat komandamıza kənardan yeni əməkdaş axtarırıq!

Accounting.Az-da uzun illərdir komanda üzvlərimizi əsasən özümüz yetişdirir, onların şirkət daxilində peşəkar inkişafına və karyera yüksəlişinə üstünlük veririk. Hazırda isə komandamızın üç üzvünün hərbi xidmət, analıq məzuniyyəti və digər səbəblərlə fəaliyyətinə müvəqqəti fasilə verməsi nəticəsində komandamızı kənardan təcrübəli bir mütəxəssislə gücləndirmək qərarına gəlmişik.

Açıq vəzifə: Aparıcı mühasib (Mühasibat və Vergi üzrə aparıcı mütəxəssis)

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasının vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq gündəlik mühasibat və vergi əməliyyatlarının idarə edilməsi;
  • ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergilər və digər vergi bəyannamələrinin hazırlanması;
  • Mühasibat əməliyyatlarının müvafiq proqram təminatında vaxtında və düzgün əks etdirilməsi;
  • Əməkhaqqı, DSMF və digər məcburi ödənişlərin hesablanması;
  • Vergi və mühasibat məsələləri üzrə tapşırıqların vaxtında və dəqiq icra edilməsi.

Namizədə tələblər:

  • Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Mühasibatlıq sahəsində minimum 3+ il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyi üzrə yaxşı biliklər;
  • ƏDV, mənfəət vergisi, DSMF və əməkhaqqı hesablamaları üzrə praktiki təcrübə;
  • 1C və MS Excel proqramlarında praktiki işləmək bacarığı;
  • PMS sertifikatının olması;
  • ACCA F3, F7 sertifikatının olması;
  • İngilis və ya rus dillərindən ən azı birini yüksək səviyyədə bilmək;
  • Konsaltinq sahəsində iş təcrübəsi üstünlükdür.

Biz nə təklif edirik?

  • Pozitiv və dəstəkləyici iş mühiti;
  • İş qrafiki: bazar ertəsi–cümə, saat 08:30–17:30;
  • Həftədə bir dəfə evdən işləmək imkanı;
  • Gross 1750 – 2 500 AZN əməkhaqqı;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Könüllü tibbi sığorta;
  • Kritik xəstəliklərdən və ölüm hallarından sığorta;
  • Push30 abunəliyi;
  • Peşəkar təlimlərdə iştirak və inkişaf imkanları.

Qeyd: Aparıcı mühasib vəzifəsi üzrə tələb olunan təcrübə və kvalifikasiyalara tam uyğun gəlməyən, lakin Mühasib (Mühasibat və Vergi üzrə mütəxəssis) kimi komandamıza qoşulmaq istəyən namizədlər də müraciət edə bilərlər. Bu namizədlər bilik və təcrübə səviyyələrinə uyğun olaraq fərqli vəzifə və əmək şərtləri üzrə dəyərləndiriləcəklər.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 750–2 500 ₼
Yerləşdirilib
1 oktyabr 2026
Dillər
English, Russian
Son tarix
31 oktyabr 2026
HRX ilə müraciət
1
Baxış
15

Maaş bazarla müqayisədə

Mühasib üzrə bazar adətən 650–1 100 ₼ ödəyir, median — 800 ₼.

bu vakansiya · 1 750–2 500 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

107 açıq vakansiya, 141 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Mühasib kimi öz maaşını yoxla

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş günləri bazar ertəsindən cümə gününə qədər, saat 08:30–17:30-dur.

Əmək haqqı 1750–2500 manat arasında dəyişir.

İş yeri Bakı şəhərində yerləşir.

Həftədə bir dəfə evdən işləmək imkanı mövcuddur.

Mühasibatlıq üzrə ali təhsil, 3+ il təcrübə və vergi qanunvericiliyinin yaxşı bilikləri tələb olunur.

1C və MS Excel proqramlarında praktiki işləmək bacarığı tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Mühasib üzrə Bakıda digər açıq elanlar.

Target Logistics
Senior · 3+ ilBakı
2 000₼

Logistika əməliyyatlarının maliyyə aspektlərini idarə edir və ən azı 3 il təcrübəyə malikdir.

AccountingBudgetingFinancial ReportingCost Analysis+13
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Stamp Companies
Senior · 5–10 ilBakı
800–1 200₼

Mühasibat sənədlərini hazırlayır, vergi və əmək qanunvericiliyini bilir, 5-10 il təcrübəsi var.

Financial ReportingTeamworkAccounting documentation preparationBank and cash operations+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
SABAH.city
Middle · 3–5 ilBakı
Maaş göstərilməyib

Mühasibat uçotunu aparır, maliyyə hesabatlarını hazırlayır və 3-5 il təcrübə tələb edir

AccountingFinancial ReportingAudit SupportTax Reporting+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
BM Morrison Partners Uzbekistan
Middle · 3–5 ilBakı

Mühasib

Maaş göstərilməyib

Mühasibat uçotunu aparır, vergi qanunvericiliyini bilir və 1C proqramında işləyir.

Accounting1C 8.3Cost CalculationTax Legislation Knowledge+7
Müraciət et
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
1 750–2 500 ₼
Aparıcı mühasib
Müraciət et