Maliyyə hesabatlarını aparmaq və gündəlik əməliyyatlar üçün dəstək vermək.
Vakansiya haqqında
Firmaya Baş mühasib müavini (Xidmət sahəsi üzrə) tələb olunur.
Vəzifələr:
- Mühasibat və vergi uçotunun qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını təmin etmək;
- Mühasibat sənədlərinin düzgün tərtib edilməsini və uçotunun aparılması;
- Əsas vəsaitlərin uçotunu aparmaq, amortizasiya hesablamalarını həyata keçirmək;
- Əmək haqqı, məzuniyyət və digər ödənişlərin düzgün hesablamaq;
- Debitor və kreditor borclarının uçotunu aparmaq və hesablaşmalara nəzarət etmək;
- Elektron qaimə-fakturaların və hesab-fakturaların tərtib olunması və göndərilməsi;
- Bank, kassa, satış, alış, əmək haqqı, avans, mal-material və digər maliyyə əməliyyatlarını proqram təminatına düzgün daxil edilməsi;
- Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal-material uçotunu aparmaq;
- Gündəlik əməliyyatların 1C proqramına işlənməsi;
- Baş mühasib tərəfindən verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
Tələblər:
- 25–50 yaş aralığında olan namizədlər;
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya digər uyğun ixtisaslar üzrə);
- Müvafiq vəzifə üzrə minimum 3 il iş təcrübəsi;
- Mühasibat hesablaşmaları üzrə yüksək səviyyədə bilik;
- Vergi Məcəlləsi və Əmək Məcəlləsini yüksək səviyyədə bilmək;
- 1C 8.2 proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Kompüter bacarıqları: MS Office proqramları, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dilini yazılı və şifahi şəkildə mükəmməl səviyyədə bilmək;Rus və ingilis dilləri arzuolunandır.
- Fikrini aydın ifadə etmək, yüksək ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Məsuliyyətli, dəqiq, operativ və stresə davamlı olmaq.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 5 iş günü, saat 09.00 –dan 18.00-dək, şənbə və bazar günləri istirahət günləridir.
Qeyd: İş yeri Bakı şəhərində, mərkəzdə yerləşir. (Sahil metrosunun ətrafında yerləşir)
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Baş mühasib müavini” qeyd edərək öz CV-lərini mükəmməl şəkildə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
12 avqust 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
12 sentyabr 2026
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Mühasibat uçotunu aparır və peşəkar mühasib sertifikatına malik olmalıdır.
Maaş göstərilməyib7 gün qalıb
Mühasibat uçotu və vergi işlərini icra etmək, 5 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
700–1 000₼
Mühasib beynəlxalq və yerli logistika əməliyyatlarının mühasibat uçotunu aparır, mühasibatlıqda 2-3 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 
