Mühasibat uçotunu aparır, maliyyə hesabatları hazırlayır və 1-3 il təcrübəsi tələb olunur.
Vakansiya haqqında
Vəzifələr:
- Mühasibat və vergi uçotunun qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını təmin etmək;
- Mühasibat sənədlərinin düzgün tərtib edilməsini və uçotunun aparılması;
- Əsas vəsaitlərin uçotunu aparmaq, amortizasiya hesablamalarını həyata keçirmək;
- Əmək haqqı, məzuniyyət və digər ödənişlərin düzgün hesablamaq;
- Debitor və kreditor borclarının uçotunu aparmaq və hesablaşmalara nəzarət etmək;
- Elektron qaimə-fakturaların və hesab-fakturaların tərtib olunması və göndərilməsi;
- Bank, kassa, satış, alış, əmək haqqı, avans, mal-material və digər maliyyə əməliyyatlarını proqram təminatına düzgün daxil edilməsi;
- Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal-material uçotunu aparmaq;
- Gündəlik əməliyyatların 1C proqramına işlənməsi;
- Baş mühasib tərəfindən verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
Tələblər:
- 25–50 yaş aralığında olan namizədlər;
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya digər uyğun ixtisaslar üzrə);
- Müvafiq vəzifə üzrə minimum 3 il iş təcrübəsi;
- Mühasibat hesablaşmaları üzrə yüksək səviyyədə bilik;
- Vergi Məcəlləsi və Əmək Məcəlləsini yüksək səviyyədə bilmək;
- 1C 8.2 və 1C.8.3 proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Kompüter bacarıqları: MS Office proqramları, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dilini yazılı və şifahi şəkildə mükəmməl səviyyədə bilmək;Rus və ingilis dilləri arzuolunandır.
- Fikrini aydın ifadə etmək, yüksək ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Məsuliyyətli, dəqiq, operativ və stresə davamlı olmaq.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 5 iş günü, saat 09.00 –dan 18.00-dək, şənbə və bazar günləri istirahət günləridir.
Qeyd: İş yeri Bakı şəhərində, mərkəzdə yerləşir. (Sahil metrosunun ətrafında yerləşir)
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Baş mühasib müavini” qeyd edərək öz CV-lərini mükəmməl şəkildə Müraciət et düyməsində qeyd olunan email ünvanına göndərməyiniz xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mühasib üzrə bazar adətən 653–1 100 ₼ ödəyir, median — 800 ₼.
139 açıq vakansiya, 218 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Sahil metrosunun ətrafında yerləşir.
Həftədə 5 iş günü, saat 09.00-dan 18.00-dək, şənbə və bazar istirahət günləridir.
Müvafiq vəzifə üzrə minimum 3 il iş təcrübəsi tələb olunur.
Mövzu yerində “Baş mühasib müavini” qeyd edərək CV göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Bakıda digər açıq elanlar.
Mühasibat uçotunu aparır, 3 il təcrübəsi və 1C, Excel bilikləri tələb olunur.
Mühasibatlıq, vergi və maliyyə uçotunu qanunvericiliyə uyğun aparmaq və sənədləri idarə etmək.
Mühasibat sənədlərini hazırlayır, bank əməliyyatlarını idarə edir və 1C proqramını bilir.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur


